SON XƏBƏRLƏR

Sulduzlu iki mədəni fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
Sulduzlu iki mədəni fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv

GünAz TV: Sulduz şəhərində iki güney azərbaycanlı milli-mədəni fəalın məhkəmə iclası keçirilib.

 

Mir Musa Ziya Gərgəri və Səccad Şəhiri avqustun 28-də Sulduzun 2 nömrəli Məhkəməsinin 103-cü şöbəsində mühakimə olunub. Onlar bundan əvvəl aldıqları çağırış vərəqəsinə əsasən təyin olunan vaxtda məhkəməyə müraciət edib.

 

Göndərilən çağırış vərəqəsində fəalların islam cümhuriyyəti sisteminin əleyhinə təbliğat aparmaqda ittiham olunduğu qeyd olunmuşdur.

 

Fəalların yaxınlarının dediyinə görə, onlar dindirilmə mərhələsində GAMAC Təşkilatına (Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi) üzv olmaq, həmçinin Sulduz şəhidlərinin mərasimində və tanınmış fəal Abbas Lisaninin evində etdikləri çıxışlarla bağlı sistemin əleyhinə təbliğat aparmaqda günahlandırılıb. Ehtimal olunur ki, fəallara qarşı irəli sürülən birinci ittiham onların üzərindən götürülüb.

 

Mirmusa Ziya Gərgəri və Səccad Şəhiri iyunun 22-də Sulduz şəhərində ayrı-ayrılıqda saxlanılaraq Urmiyənin Ettelaat İdarəsinə aparılmışdır.

 

Adını çəkdiyimiz fəallar iyulun 16-da hər biri 80 milyon tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxılıb.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar