SON XƏBƏRLƏR

Sulduzun “Seyran gölü” gölməçəsi quruyub

2021.10.20, 07:36
Sulduzun “Seyran gölü” gölməçəsi quruyub

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanda dövlətin  diqqətindən kənarda qalan daha bir gölməçə quruyub.

 

Qərbi Azərbaycan Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəis müavini Höccət Cabbari Sulduzun  “Seyran gölü” gölməçəsinin artıq quruduğunu bildirib.

 

“Yayda gölməçəyə yetəri qədər su daxil olmayıb. Ətrafdakı çay sularından da gölməçənin payına düşən su təmin olunmayıb. Bütün bunlar “Seyran gölü” gölməçəsinin qurumasına səbəb olub”- deyə o qeyd edib.

 

Bu barədə “Mehr” xəbər agentliyinə danışan H.Cabbari “Seyran gölü”nün bölgənin ən böyük gölməçələrindən biri olduğunu deyib.

 

“Qərbi Azərbaycan Əyalətinin bəzi gölməçələri mövsimi gölməçə hesab olunur. Bu gölməçələr yayda suyun buxarlanması nəticəsində quruyur.

Ötən illərdə “Seyran gölü”nə yetəri qədər su daxil olmadığı üçün, bu gün belə bir gölməçənin qurumasını şahid oluruq. Ümumiyyətlə Qərbi Azərbaycandakı gölməçələrin əksəriyyətində su problemi yaşanır”- deyə o əlavə edib.

 

H.Cabbari sözlərinin sonunda Qərbi Azərbaycanda 60 mövsimi gölməçə olduğunu, lakin əksəriyyətində su çatışmazlığı ilə yanaşı suyun çirklənməsi problemi yaşandığını diqqətə çatdırıb.

 

Güney Azərbaycanda Urmu gölü başda olmaqla bir çox gölməçə quruyaraq sıradan çıxmaqdadır. Dövlət bölgə əhalisinin bir başa həyatına təhlükə yaradan problemi aradan qaldırmaq üçün heç bir tədbir görmür. Bu barədə hökumət rəsmiləri, o cümlədən prezident Həsən Ruhaninin verdiyi vədlərin yerinə yetirilməməsi dəfələrlə azərbaycanlılar kütləvi etirazına səbəb olub, etirazlar vaxtaşırı davam edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar