Süleymaninin ölümündən sonra Hizbullah İraqda yaraqlıları koordinasiya etməyə təlaş göstərir

13.02.2020, 13:43

GünAz TV: “Sepah”ın “Qüds Briqadası”nın komandanı Qasım Süleymaninin Amerikanın dron hücumu nəticəsində Bağdad hava limanı yaxınlığında öldürülməsindən qısa müddət sonra Livanın Hizbullah terror təşkilatı onun İraqdakı yerini doldurmağa cəhd göstərməyə başlayıb.

 

"Reuters" agentliyinin etibarlı mənbələrə istinadən yaydığı məlumata əsasən, Hizbullahın rəhbər şəxsləri İraqda fəaliyyət göstərən şiə yaraqlı qruplaşmalarını Süleymanidən sonra unitar halda saxlamaq üçün onların liderləri ilə görüş keçiriblər.

 

"Reuters" agentliyinin ABŞ tərəfindən terror təşkilatı kimi tanınan Hizbullahın içərisində olan digər 2 mənbəsi isə bildirib ki, qruplaşma Süleymaninin ölümündən sonra İraqdakı yaraqlıları koordinasiya etmək işini üzərinə götürməyə çalışır. "Reuters" məsələ ilə əlaqəli İran və İraq hərbi dairələri ilə əlaqə yaratsa da, sonuncular agentliyə cavab verməyiblər.

 

Hizbullahın İraqda fəaliyyət göstərən yaraqlı qruplaşmalarla bu istiqamətdə görüşləri və apardığı müzakirələri, hətta Qasım Süleymani və Əbu Mehdi əl-Mühəndisin ölümündən sonra rəsmi Tehran və müttəfiqlərinin Yaxın Şərqdə stabitlliyi pozmağa yönəlmiş fəaliyyətlərini dayandırmaq niyyətində olmadığını göstərir.

 

Artan anti-İran etirazları fonunda İraq üzərində təsirini saxlamaq və bu ölkəyə nəzarəti əldən verməmək üçün İrana dəstəklədiyi yaraqlı dəstələr və terror qruplaşmaları xüsusi əhəmiyyət daşıyır.

 

İraqda anti-hökumət və anti-İran etirazları başlayandan dərhal sonra Qasım Süleymani də bu ölkəyə səfər etmiş, sivil etirazları qan bahasına yatırmaq sahəsində İranda əldə etdiyi “təcrübələri” iraqlı rəsmilərlə paylaşmağa hazır olduğunu bəyan etmişdi.

 

Hizbullahın sözügedən təlaşları onun İranın regionla bağlı planlarını həyata keçirmək yolunda rolunun artdığını göstərir. 1982-ci ildə “Sepah” tərəfindən yaradılmış qruplaşma İraq və Suriyada yaraqlı qruplaşmaları yetişdirməkdə Qasım Süleymaniyə kömək etməklə, uzun illərdir rəsmi Tehranın regional strategiyasının mərkəzində qərarlaşıb.

 

"Reuters" qeyd edir ki, “Qüds Briqadası” İraqdakı siyasi böhranı öz xeyrinə nəzarətə götürənə qədər Hizbullahın bu ölkədə yaraqlıları koordinasiya etməsinin davam edəcəyi planlaşdırılır.

 

İraqlı iki mənbənin dediklərinə əsasən, Hizbullahla İraqda fəaliyyət göstərən yaraqlıların liderləri arasında görüşlər yanvar ayında, Süleymaninin öldürülməsindən bir neçə gün sonra başlayıb. Görüşlərin neçə dəfə və harada keçirildiyi məlum olmasa da, bəzi mənbələr onların Beyrutda və İranda baş tutduğunu deyirlər.

 

Görüşlərə ev sahibliyini uzun illər Süleymaniyə iraqlı yaraqlılarla işləməkdə kömək edən Hizbullahın İraqdakı nümayəndəsi Məhəmməd əl-Kövsəraninin etdiyi məlumdur. Görüşlər zamanı Kövsərani və digər yaraqlı liderlər İraqda anti-İran mitinqlərini nəzarətə almağı müzakirə ediblər və Məhəmməd Əllavinin Baş nazir kimi təyin edilməsi xüsusunda razılıq əldə ediblər.

 

“Qüds Briqadası”nın yeni komandanının regiondakı yaraqlı qruplaşmalarla kommunikasiya quracağı zamana qədər yaraqlıların liderləri arasında karizması olan Kövsəraninin Qasım Süleymaninin əvəzedicisi rolunda çıxış edəcəyi planlaşdırılır.

 

Reuters agentliyinə məlumat verən mənbələrdən biri bildirib ki, Kövsərani Müqtəda əs-Sədrlə də onu yeni təyin edilmiş Baş naziri dəstəkləməyə inandırmaq üçün görüş keçirib. Lakin Kövsəraninin Qasım Süleymaninin yerini doldurmaqda ilk günlərdən böyük çətinliklərlə üzləşdiyi deyilir.

 

“Firqə liderləri özlərini olduqca böyük və mühüm fiqurlar saydığından, onlar Kövsəranidən əmr almağı qəbul edə bilmirlər. Bu gün İranın təzyiqləri səbəbindən həmin liderlər Kövsərani ilə əməkdaşlıq edirlər. Lakin bunun uzun müddət davam edəcəyinə inanmıram və iranlılar da belə düşünür”, - deyə həmin mənbə agentliyə bildirib.

 

İrana yaxın olan hərbi komandirlərdən biri isə “Reuters”ə bildirib ki, Hizbullahın İraqda aktivliyi yalnız siyasi məsləhətlər verməklə məhdudlaşacaq. Çünki iraqlı yaraqlı liderlər özlərini kifayət qədər güclü hesab edirlər və Süleymaninin intiqamı üçün hərbi və canlı dəstəyə ehtiyac duymurlar. Eləcə də, onlar İraqda öz nüfuzlarının Hizbullah tərəfindən zəiflədilməsini istəmirlər. Onlar Hizbullahı və lideri Həsən Nəsrullahı özlərinə qarşı potensiyal rəqib hesab edirlər.

 

Hizbullah son illər ərzində İranın regionda apardığı müharibələrdə təmsilçi kimi çıxış edən əsas qruplaşma hesab edilir. Tehranın göstərişi ilə Hizbullah Bəşər Əsədi qorumaq üçün Suriya vətəndaş müharibəsinə qatılıb, eləcə də Yəmən müharibəsində husilərə yardım edir.

 

Ə.A

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Suriyada daha bir SEPAH zabiti öldürüldü

2023-04-02

gun az article

İran Azərbaycana nota verdi

2023-04-01

gun az article

Ordumuzun Aprel qələbəsindən 7 il ötür

2023-04-02

gun az article

Paşinyanın xanımı: “Qırx dörd günlük müharibədə 11 min nəfər fərarilik etdi”

2023-04-02

gun az article

İranda güclü zəlzələ olub

2023-04-02

gun az article

2026-cı ilə qədər Qarabağdakı layihələrə ayrılan investisiyalar 10 milyard dollara çatacaq

2023-04-01

gun az article

ABŞ Donanması İrana görə qərar verdi

2023-04-01

gun az article

Ərdoğan Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı protokolu imzalayıb

2023-04-01

gun az article

İrandan Azərbaycana 13 kq-dan çox narkotik gətirilməsinin qarşısı alınıb

2023-04-01

gun az article

İranda inflyasiya kəskin artacaq

2023-04-01

gun az article

İranda dollar yenidən bahalaşdı

2023-04-01

gun az article

Azərbaycanlı gənc Harvard Universitetinə qəbul olub

2023-04-01

gun az article

İranda universitet müəllimləri işdən qovuldu

2023-04-01

gun az article

Azərbaycanın nümayəndə heyəti Qazaxıstanda səfərdədir

2023-04-01

gun az article

Ərdəbildə meşələrimiz məhv edilir

2023-04-01

gun az article

Ermənistanda hərbçilər arasında atışma olub, ölən var

2023-04-01

gun az article

Zakir Həsənov müşavirə keçirib, təxribatların qarşısının alınması barədə tapşırıqlar verib

2023-04-01

gun az article

Soyqırımı barədə əsl həqiqətlər Ümummilli Lider Heydər Əliyevin sayəsində ictimaiyyətə çatdırılıb

2023-04-01

gun az article

“Ukraynadakı münaqişə 2027-yə qədər davam edə bilər”- Şolts

2023-04-01

gun az article

Ağ Ev: Rusiya ABŞ diplomatlarının saxlanılan jurnalistlə görüşünə mane olur

2023-04-01