SON XƏBƏRLƏR

Sülhəddin Əkbər : Türkiyə Urumçidə baş verənləri BMT Təhlükəsizlik Şurasına çıxarmalıdır

2021.10.20, 07:36
Sülhəddin Əkbər : Türkiyə Urumçidə baş verənləri BMT Təhlükəsizlik Şurasına çıxarmalıdır

Gunaz.tv
Azərbaycanı və digər türk respublikalarını Pekinə təsir göstərməyə çağırıb «İndiki beynəlxalq şəraitdə Urumçidə uyğur türklərinin Çin rejiminə qarşı çıxmasında bir qədər tələskənlik duyulur». Bu barədə ANS PRESS-in əməkdaşı ilə söhbətində Müsavat Məclisinin sədri Sülhəddin Əkbər iyulun 6-da Çinin Sincan-Uyğur muxtar rayonunun mərkəzində yatırılması qırğınla nəticələnmiş etiraz çıxışlarını şərh edərkən bildirib. Onun sözlərinə görə, Pekin olimpiadası öncəsi Tibet daha güclü və mütəşəkkil etiraz aksiyaları həyata keçirsə və daha böyuk beynəlxalq dəstəyə malik olsa da, uğur qazana bilmədi. «İndiki şəraitdə beynəlxalq güclər gündən-günə güclənən Çinlə üz-üzə gəlmək istəmirlər. Amma Türkiyə BMT Təhlükəsizlik Şurasında (TŞ) sədrlik səlayihətlərindən yararlanaqar, məsələni qaldıra bilər. Düşünürəm ki, Çinlə münasibətləri gərginləşdirmədən, Azərbaycan və digər türk respublikaları da Pekinə təsir göstərməlidir ki, uğurlara qarşı münasibətini yumşaltsın. Hər halda, 140 adam ölüb və 800-dən çox adam yaralanıb, 1000 nəfərsə həbs olunub. Özü də, Çin qapalı cəmiyyətdir. Bizə gəlib çatan budur. Bəlkə də, gerçək qırğın daha yüksəkdir»,- deyə Müsavat Məclisinin sədri vurğulayıb. Sülhəddin Əkbər hadisələrdə Rusiyanın və ya başqa güclərinin əlinin olmasına inanmadığını söyləyir: «Etiraz aksiyaları Kulçada bir il qabaq dinc nümayişin Çin tərəfindən gülləbəran edilməsi ilə bağlı keçirilirdi. Lakin bu, çeçen mücahidlərinin Rusiyada baş verən hadisələri qabaqlamasına çox bənzəyir. Rusiya təbii ki, ən böyük tərəfdaşlarından biri olan Çini oxşar duruma salmazdı. Abdulla Gülün Urumçiyə səfəri ilə mədəni inteqrasiya yolunu seçmiş Türkiyənin yanaşması ən doğru idi. Amma nə etmək olar, etiraz üçün uyğur türklərinin də öz səbəbləri var»,- deyə Sülhəddin Əkbər vurğulayıb. Lakin Müsavat Məclisinin sədrindən fərqli olaraq, bir sıra ekspertlər məsələnin məhz Moskvadan qaynaqlandığını düşünürlər. Onların fikrincə, Rusiya getdikcə super gücə çevrilən Çinin Türk Dünyası ilə yaxınlaşmasından narahat olub və burda başqa maraqlarla yanaşı iqtisadi mənfəət də var. Çünki hazırda Çindən Avropaya gedən yüklər əsasan Rusiya yolu ilə gedir. Türk respublikaları ilə münasibətlərin yaxınlaşması isə Çinin Böyük İpək Yoluna (TRASEKA) üstünlük verməsinə səbəb ola bilərdi. Həmçinin, bu yaxınlarda həm Moskva, həm də ABŞ ekspertləri Türkiyənin artıq supergücə çevrildiyini və təsiredilməz hala gəldiyini vurğulayırlar. Bu baxımdan Ankaranın etnik baxımdan problemi olan Çinlə ənəvi düşmənçiliyin kənara qoyaraq anlaşması həm Moskvanı, həm də Qərbi narahat etməyə bilməzdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar