“Sülhməramlılar gedəcək, Xankəndi Azərbaycanın nəzarətinə keçəcək”-İlham İsmayıl 

2021-06-16 11:43

​​​​​​​İyunun 15-də Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş Qarabağ bölgəsinə səfər edib. Onu Füzulidə Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. 

Gunaz.tv Quote | Gunaz article

Dövlət başçıları və ailə üzvləri buradan Şuşaya yola düşüblər. Şuşada Türkiyə prezidentin rəsmi qarşılanma mərasimi keçirilib və iki dövlət arasında bir sıra sənədlər imzalanıb. Prezidentlər Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsini imzalayıb.

Siyasi ekspertlər bu sənədi tarixi Qars müqaviləsi ilə müqayisə edir, Qarabağın və ümumilikdə Azərbaycanın təhlükəsizliyi üçün vacib sənəd hesab edirlər. Təhlükəsizlik üzrə eskpert, istefada olan polkovnik-leynenant İlham İsmayıl Günaz.TV-yə açıqlamasında Şuşa Bəyannaməsini şərh edib:

Əli Nağıyevlə ermənilərə qarşı çiyin-çiyinə vuruşmuşuq" - İlham İsmayıl  (AÇIQLAMA) .

“Rusiya ilə Türkiyə arasında Moskva müqaviləsi 1921-ci ilin martında, Qars müqaviləsi isə həmin ilin 13 oktyabrında imzalanıb. Qars müqavilisində Gümrünün Ermənistana, Batumun Gürcüstana verilməsi, Naxçıvanın isə Azərbaycan ərazisində qalması məsələsi həll edilib. Bu müqavilənin müsbət tərəfi odur ki, o zaman Naxçıvan məsələsində mübahisə vardı. 

Bu, həllini tapdı. Şuşa Bəyannaməsində "Qarabağ heç kimə verilə bilməz" kimi müddəa yoxdur. Bəyannamədə var ki, hər iki dövlətin BMT tərəfindən tanınmış ərazisinə hər hansı müdaxilə mümkün deyil. O zaman hər iki dövlət qarşılıqlı hərbi yardımla ərazi bütövlüyünü qoruyacaq”.

İlham İsmayıl hesab edir ki, bu anlaşma son illərin ən əhəmiyyətili müqaviləsidir: “Azərbaycan müstəqillik qazanandan bu yana biz çox istəmişik ki, Türkiyə ilə qarşılıqlı hərbi yardımı nəzərdə tutan anlaşma olsun. Bəyannamədə müdafiə sənayesinin inkişafı, ordunun yeni standartlarla qurulmasında birgə fəaliyyət nəzərdə tutulur. 

Artıq Türkiyə ikinci Qarabağ müharibəsində  bizə yalnız siyasi diplomatik gedişlərlə dəstək verirdisə, indi ratıq müqavilə var, konkret bəyannamə var. Bundan əvvəl Türkiyənin canlı əsgərlə girmək ehtimalı yox idi. Amma indi Türkiyə canlı əsgərlə Azərbaycan ərazisini müdafiə edə bilər. Bu sənəd Azərbaycanın maraqları nöqteyi nəzərindən çox əhəmiyyətli sənəddir.

Türkiyə NATO ölkəsidir. Türkiyəyə hər hansı müdaxilə NATO-ya müdaxilə deməkdir.  Müavilənin gözəlliyi ondadır ki, əgər Qarsda müqavilə Rusiya ilə Türkiyə arasında bağlanmışdısa, Şuşada Türkiyə ilə Azərbaycan arasında bağlanıb. Bu sənəd Azərbaycanın maraqlarına xidmət edir. Eyni zamanda Türkiyənin Cənubi Qafqazdakı mənafeyinə uyğundur”.

İlham İsmayıl bidlirib ki, Şuşa Bəyanaməsi Qarabağın nəzarətimzidə olmayan digər bölgələrinin gələcək aqibətinə də aydınlıq gəririr.

Yolumuzu gözləyən xan şəhəri – Xankəndi | Hafta.az

“Rusiya sülhməramlılarının Qarabağda qalması üçün 5 il nəzərdə tutulub. Bu müqavilədən sonra məndə belə bir əminlik var ki, sülhməramlıların qalma müddəti uzadılmayacaq.

Türkiyə ilə koordinasiyalı xarici siyasət aparsaq məsələ 4-5 ildən sonra bitəcək. Azərbaycan nəzarət etmədiyi ərazilərdə suverenliyimiz bərpa olunacaq. Xankəndi və digər torpaqlar da Azərbaycan nəzarətinə keçəcək”.

Ayxan

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31

gun az article

Milli Məclis sədri növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb

2021-07-31

gun az article

Qubada "Şəhidlər" xatirə-kompleksinin açılışı olub

2021-07-31

gun az article

Putinlə Ərdoğan arasında telefon danışığı olub

2021-07-31

gun az article

MN: "Azərbaycan Ordusunun atəşkəsi pozması barədə məlumat yalandır"

2021-07-31

gun az article

Tehranda benzin etirazlarında öldürülən aksiyaçıların doğmaları aksiya keçirib: Şəhid anaları həbs edilib

2021-07-31

gun az article

Cahit Bağçı Türkiyədəki meşə yanğınları ilə bağlı son vəziyyəti açıqladı

2021-07-31

gun az article

Azad edilən ərazilərdə 13 911 daşınmaz əmlakın inventarlaşdırılması tamamlanıb

2021-07-31

gun az article

Hərbi ekspert: "Ukraynalılar Azərbaycanın yolu ilə gedərək qələbə qazanmaq istəyirlər"

2021-07-31

gun az article

Leyla Abdullayeva: “Ermənistan Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdiyini qəbul etmək istəmir”

2021-07-31

gun az article

“Tokio-2020”: Türkiyə ilk qızıl medalını qazandı

2021-07-31

gun az article

Mövlud Çavuşoğlu Azərbaycan Prezidentinə təşəkkür edib

2021-07-31

gun az article

Azərbaycan XİN Ermənistan XİN-ə cavab verib

2021-07-31