Süngün mis mədəni ekoloji fəlakət yaradır: Zəhərli çirkabı suları Ilqına çaya axıdılır-VİDEO

2021-06-10 14:57

​​​​​​​Son günlər Güney Azərbaycanın Vərziğan məntəqəsində fəaliyyət göstərən Süngün mis mədəninin yaratdığı ekoloj problemlərlə bağlı narahatlıq artıb. 

Gunaz.tv Quote | Gunaz article

Məlumata görə, mis mədənindən zəhərli çirkab suyu İlqına çayına buraxılır. Nəticədə çayın rəngi dəyişib.

Sosial şəbəkələrdə deyilən faktı təsdiq edən videolar yayılıb.

Zəhərli tullantılar ətraf mühitə, əkinçilik sahələrinə, meşələrə ciddi ziyan vurmaqla yanaşı, İlqınaçayda yaşayan canlıların kökünün kəsilməsinə səbəb olub.

Qeyd edək ki, Süngün mis mədəni fəaliyyətə başlamazdan öncə bu çayda çoxlu balıq növləri və başqa su canlıları yaşayırdı. Mədən fəaliyyətə başlayandan sonra onların hamısı yoxa çıxıb.

Bundan öncə də Süngün mis mədəninin zəhərli tullantılarının çaya və ətraf mühitə axıdılması ilə bağlı həyəcanlı xəbərlər yayılıb.

Bu ilin martında və ötən ilin iyul ayında da İlqınaçayın rəngi bir neçə həftəliyinə dəyişmişdi. Götürülən nümunələrin incələnməsi nəticəsində məlum olmuşdu ki, çayda zəhərli tullantıların miqdarı həddindən çoxdur.

Yaxın Şərqin (Orta Doğu) ən böyük mis yatağı olan "Süngün"də əldə olunan məhsul xammal kimi İranın digər bölgələrinə, o cümlədən Kirman əyalətinə daşınır. 

Bu şəkildə mədənin gəliri yerli olmayan şirkət və fars bölgələrinin əhalisinə nəsib olur. İşsizlik və yoxsulluqdan əziyyət çəkən yerli əhali isə iş tapmaq üçün başqa yerlərə köçməyə məcbur olur.

Bundan öncə Vərziğanın İran parlamentindəki keçmiş nümayəndəsi Rza Əlizadə də bu məsələyə toxunub.

"Süngün mis mədənindən ildə 300 min ton mis konsentratı çıxarılır. Əldə edilən fantastik məbləğin isə 1 faizi də bölgəyə ayrılmır”-deyə, millət vəkili bildirib.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23