SON XƏBƏRLƏR

Suriya ilə bağlı qətnamə razılaşdırıldı

2021.10.20, 07:36
Suriya ilə bağlı qətnamə razılaşdırıldı

Gunaz.tv

GünAz TV: BMT TŞ (Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası) Suriya ilə bağlı uzun müddətdir müzakirə olunan qətnamə layihəsi, nəhayət, razılaşdırılıb.

 

İndi sənəd səsverməyə çıxarılmazdan əvvəl təsdiqlənməsi üçün TŞ üzvü olan ölkələrə göndəriləcək. Bu barədə Milli.Az "Rosbalt"a istinadən xəbər yayıb.

 

Rusiyanın BMT-dəki nümayəndəsi Vitali Çurkinin sözlərinə görə, qətnamə layihəsinin taleyinə tam aydınlıq TŞ üzvü olan ölkələrdən veriləcək cavabdan sonra gələcək.

 

Layihə Rusiyanın tələblərinə əsasən "yumşaldılıb". Məsələn, oradan Suriya prezidenti Bəşər Əsədə ünvanlanmış istefa tələbi çıxarılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar