SON XƏBƏRLƏR

Suriya- İraq sərhəddində “Sepah”ın “Qüds Briqadası” tərəfindən tikilən gizli tunel aşkarlanıb

2021.10.20, 07:36
Suriya- İraq sərhəddində “Sepah”ın “Qüds Briqadası” tərəfindən tikilən gizli tunel aşkarlanıb

Gunaz.tv

GünAz TV: Suriya- İraq sərhəddində “Sepah” terror təşkilatının “Qüds Briqadası” tərəfindən qurulan gizli tunel aşkarlanıb.

 

Qərbin media orqanlarında yayılan məlumatlara əsasən, bu tunel mütərəqqi söyüş silah- sursatlarını və hərbi maşınları saxlamaq üçün tikilib.

 

ImageSet International tərəfindən peyk vasitəsilə çəkilən foto şəkillərdə Suriya- İraq sərhəddində yerləşən “İmam Əli” bazasının ərazisindəki həmin tunel açıq- aydın müşahidə olunur. Məlumatlarda onun eninin 4-5 metr, lakin uzunluğunun qeyri-müəyyən olduğu deyilir.

 

Mütəxəssislərin fikrinə görə, ərazinin torpaq səthi hamar və bərk olduğundan, tunelin gələcəkdə uzadılması qeyri- mümkündür.

 

Tunelin bölgədə yerləşən və “Qüds Briqadası”, eləcə də ona bağlı yaraqlılara məxsus hərbi obyektlərə qarşı İsrailin keçirtdiyi hava hücumlarından sonra növbəti hücumlarda hərbi ləvazimatları qorumaq üçün inşa edildiyi düşünülür.

 

Xatırladaq ki, “Qüds Briqadası” tərəfindən Suriya- İraq sərhəddində, Bukamal Əl-Qaim sərhəd buraxılış məntəqəsinə yaxın bölgədə “İmam Əli” adlı bazanın tikilməsi ilə bağlı ilk dəfə Amerikanın “Fox News” telekanalı sentyabr ayında məlumat yaymışdı. Bundan bir həftə sonra İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparatların sözügedən bazanı bombaladığı və azı 18 yaraqlının həlak olduğu barədə məlumatlar yayılmışdı. Həmin hücumdan bir neçə gün öncə İsrailin Baş naziri Benyamin Netanyahu artıq İranın heç bir yerdə toxunulmazlığının olmayacağını, ölkəsinin ordusunun lazım olan hər bir yerdə İrana qarşı hərbi hücum təşkil edəcəyini bəyan etmişdi.

 

Bir neçə gün öncə isə İsrailin Müdafiə naziri Naftali Bennet iranlı rəsmilərə xitabən “Suriya sizin Vyetnamınız olacaq” deyə xəbərdarlıq etmişdi.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar