SON XƏBƏRLƏR

Suriyada 11 ayda 8 mindən çox insan ölüb

2021.10.20, 07:36
Suriyada 11 ayda 8 mindən çox insan ölüb

Gunaz.tv

GünAz TV: İnsan Haqlarının Monitorinqi (izləmə) Mərkəzi ölənlərdən 590-nın uşaq olduğunu açıqlayıb.

 

Suriya İnsan Haqlarının Monitorinqi Mərkəzi ölkədəki qarşıdurmalarda indiyə qədər 8 mindən çox insan öldüyünü açıqlayıb. Bu barədə TRT xəbər yayıb.

 

 Mərkəzi Londonda yerləşən təşkilatdan verilən açıqlamaya görə, müxalifətin etiraz yürüşlərinin başladığı 14 mart (March) 2011-ci ildən 14 fevral (February) 2012-ci ilə qədər 8343 nəfər ölüb.

 

 Ümimilikdə 590 uşaq ölüb, onlardan 119-u qız, 471-i oğlan olub.

 

 İdlibdə 1030, Derada 1033, Xumsda 882, Der Əz Zurda 348, Rif Dəməşqdə 808, Lazkiyədə 317, Hələbdə isə 164 nəfər gərginliyin qurbanı olub.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar