SON XƏBƏRLƏR

Suriyada döyüşlər paytaxtın mərkəzinə yaxınlaşıb

2021.10.20, 07:36
Suriyada döyüşlər paytaxtın mərkəzinə yaxınlaşıb

Gunaz.tv

GünAz TV: Bu gecə Suriyanın paytaxtı Dəməşqin şimalında döyüş baş verib.

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, döyüş 4 saat davam edib.

 Ölən və yaralananlar var. “Reuters” agentliyi indiyə qədər Dəməşqin mərkəzinə bu qədər yaxın ərazidə döyüş baş vermədiyinə diqqət çəkib. Rusiya isə Suriya ərazisində Böyük Britaniya və Qətər xüsusi təyinatlılarının olduğu barədə xəbərlərin yoxlanılmasını istəyir. Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov deyib ki, Ərəb Dövlətləri Liqasının (Birliyinin) müşahidəçiləri mütləq bu informasiyanı araşdırmalıdırlar.

 

 Bu arada Səudiyyə Ərəbistanının BMT (Birləşmiş Millətlər Təşkilatının) Təhlükəsizlik Şurasına Suriya ilə bağlı yeni qətnamə layihəsi təqdim etməyə hazırlaşdığı məlum olub. Layihə artıq BMT Təhlükəsizlik Şurasının üzvlərinin arasında paylanıb. Öncəki qətnamə layihəsində olduğu kimi bu sənəddə də Ərəb Dövlətləri Liqasının planını dəstəklənir, Suriyada 11 ay ərzində davam edən qanlı qarşıdurmanın başa çatması üçün prezident Bəşər Əsədin istefa verməsi zəruri sayılır.

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar