SON XƏBƏRLƏR

Suriyanın Hemah şəhərində baş verən bir neçə partlayışda onlarla “Sepah”çı həlak olub

2021.10.20, 07:36
Suriyanın Hemah şəhərində baş verən bir neçə partlayışda onlarla “Sepah”çı həlak olub

Gunaz.tv

 GünAzTV: Mayın 18-i günorta saat 15:00-da Suriyanın Hemah şəhərinin hərbi hava limanında baş verən 4 partlayışda onlarla “Sepah”çı həlak olub. Bu barədə, Londondan ərəb dilində verilişlər yayan “Sky News” telekanalı məlumat yayıb.

 

Bildirilir ki, hadisə, Hemahın hərbi hava limanında İrana məxsus bir neçə silah anbarında baş verib. Nəticədə, əksəriyyəti “Sepah” muzdlularından olan onlarla nəfər həlak olub, xeyli sayda hərbçi yaralanıb.

 

Məlumatda həmçinin qeyd olunur ki, partlayışlar nəticəsində, hava limanının silah anbarlarında saxlanılan, İrana məxsus “Bavər-373” adlı raketlər məhv edilib. Bildirilir ki, hadisənin ardınca, Suriya prezidenti Bəşər Əsədin əmri ilə bu ölkəyə məxsus hərbi helikiopterlər hava limanından təxliyə edilib. Yayılan məlumatda partlayışların səbəbi açıqlanmayıb. Rəsmi Tehran, bu barədə yayılan məlumatlara hər hansı bir reaksiya verməyib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar