SON XƏBƏRLƏR

Suriyaya İran nefti aparan tanker saxlanılıb

2021.10.20, 07:36
Suriyaya İran nefti aparan tanker saxlanılıb

Gunaz.tv

GünAz TV: Britaniya Hərbi Dəniz Qüvvələri və Cəbəli-Tariq rəsmiləri “Grease 1” adlı Suriyaya neft aparan gəminin saxlandığı barədə məlumat yayıblar.

 

Məlumatda bildirilir ki, bu tankerin nefti Suriyaya apardığına dair sübutlar mövcuddur. Tankerin saxlanmasına səbəb onun 2011-ci ilin mayında Avropa İttifaqının Suriya rejiminə qarşı qəbul etdiyi sanksiyaları pozması göstərilir.

 

Gəmi nefti Aİ-nin sanksiya tətbiq etdiyi Baniyas neft ayırma zavoduna aparırmış.

 

“Reuters” agentliyi məsələ ilə bağlı naviqasiya şirkətlərinə istinadən yaydığı xəbərdə bildirir ki, tanker İrandan yola düşüb və Suriyaya xam neft aparırmış.

 

Tanker tutulmamaq üçün Süveyş kanalı əvəzinə daha uzun yol olan Afrikanın cənubundan keçib, Suriya istiqamətində hərəkət edib.

 

Ə.A

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar