Şuşa Bəyannaməsi: "Rusiya yeni reallıqları qəbul etməlidir"- Politoloq Yeganə Hacıyeva

2021-06-17 13:04

​​​​​​​İyunun 15-də Azərbaycanda səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan işğaldan azad olunmuş Qarabağ bölgəsinə səfər edib.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycanın mədəniyyət mərkəzi Şuşada Türkiyə prezidentin rəsmi qarşılanma mərasimi keçirilib və iki dövlət arasında bir sıra sənədlər imzalanıb. 

İmzalanan sənədlərdən biri də Azərbaycanla Türkiyə arasında müttəfiqlik haqqında Şuşa Bəyannaməsidir. Bu sənəd Qarabağa qayıdacaq azərbaycanlı əhalinin, ümumilikdə isə Azərbaycanın təhlükəsizliyi üçün vacib sənəd hesab edilir. 

Gənc Demokratlar İnstitutunun sədri, politoloq Yeganə Hacıyeva Günaz.TV-yə açıqlamasında Şuşa Bəyannaməsinin vacib məqamlarına toxunub: 

“Türkiyə və Azərbaycan prezidentləri iki ölkə arasında geniş əməkdaşlığı nəzərdə tutan Şuşa Bəyannaməsini imzaladılar. Bilirdik ki, Bəyannamə sosial, iqtisadi, hərbi və digər sahələrdə əməkdaşlığı əhatə edəcək. 

Sənəd beynəlxalq konvensiyalar çərçivəsində Azərbaycan və Türkiyə dövlətlərinin birgə əməkdaşlığını nəzərdə tutur. Məncə Bəyannamənin ən vacib əhəmiyyəti budur. Bu əməkdaşlıq onsuz da Bəyanaməyə qədər var idi. İkinci Qarabağ müharibəsində biz bur tərəfdaşlığı gördük və bu, hər iki tərəfə fayda verdi. Ardınca müxtəlif sahələrə, güc və təhlükəsizlik sənayesinə sahəsində əməkdaşlığı gördük”.

Politoloq deyib ki, Şuşa Bəyannaməsinin daxili və xarici mesajları var: 

“Mənim fikrimcə, Şuşa Bəyannaməsinin xarici mesajları daha önəmlidir. Cənubi Qafqaz tarixən strateji Böyük İpək yolunun üzərində yerləşib. Bölgə şimaldan Yaxın Şərqə, Şərqdən Qərbə uzanan əhəmiyyətli yolun üzərindədir. Qarabağ münaqişəsi bu əlaqələri əngəlləmişdi. Bəzən bizə sual verirdilər ki, Avropa ölkələri: məsələn, Böyük Britaniya, İtaliya Qarabağ münaqişəsinin həllində niyə maraqlı olmalıdır. Maraqları o idi ki, bu regiondakı münaqişə Cənubi Qafqaz keçidinin imkanlarını limitləmişdi. 

Son illər beynəlxalq hesabatlarda nəzarətdən kənarda qalmış Qarabağın narkotik tranziti üçün istifadə olunduğu qeyd edilirdi. Biz həm öz ərazilərimiz işğaldan azad etdik, həm də Cənubi Qafqazın qlobal iqtisadi əlqalərdə həlledici bənd olan bölgədə qanun-qayda və asayiş formalaşdırdıq. Biz ötən il mediaya açıqlamamızda bildirirdik ki, Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi Avropanın enerjisi təhlükəsizliyində əsas elementdir. Reallıq bunu təsdiq etdi”.

Bəs Moskvanın Şuşa Bəyannaməsinə münasibəti necə olacaq? Dağlıq Qarabağda olan sülhməramlıların aqibəti necə olacaq? 5 ildən sonra onlar bölgəni tərk edəcəkmi? Politoloq hesab edir ki, iki ölkə arasında imzalanmış bu sənəd üçüncü tərəfi narahat etməməlidir: 

“Bu sənəd onlara aid deyil. Bəyannamə iki qardaş dövlətin gələcək münasibətlərinin çərçivəsini formalaşdırır. Bu, beynəlxalq praktikada bir normadır. Rusiya elitası daxilində siyasi və etnik qrupları dəstəkləyən xüsusi çevrələr var ki, onlar narahatdır. Eləcə də Ermənistanda. Amma bütün bunlar ümumilikdə heç nəyi dəyişmir. Prezidentlər Şuşada Bəyannamə imzaladılar. Amma əməkdaşlıq faktiki mövcud idi. Sadəcə hüquqi bazasını formalaşdırdıq”.

Politoloq hesab edir ki, son 30 ildə geosiyasi realllıqlar dəyişdiyindən Rusiya yeni şərtləri qəbul etməlidir: 

Rusiya Azərbaycanla bağlı bəzi məqamları qəbul etməlidr. Rusiya öz daxilində qaynar ocaqlarda separatizmi yatırdı. 

Eyni addımı Azərbaycan atır. Rusiya sülhməramlılarına gəlincə  onların Qarabağda görəcəyi çox iş yoxdur. Rusiya sülhməramlıları Xankəndində nə edəcək? Ermənilərin inəklərini qoruyacaq? Qarabağ böyük qayıdış başlanacaq. Azərbaycanın suverenliyinin Xankəndində, Xocalıda bərpa olunması zaman məsələsidir. Bu, ermənilərin təsəvvür etdiyindən də tez başa gələcək”.

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ombudsman Səbinə Əliyeva Türkiyəyə 100 fidan hədiyyə edib

2021-08-01

gun az article

Ceyhun Bayramov: "Azərbaycan bundan sonra da Türkiyəyə hər cür yardıma hazırdır"

2021-08-01

gun az article

Azərbaycanda daha 671 nəfərdə koronavirusa yoluxma aşkarlanıb, 4 nəfər ölüb

2021-08-01

gun az article

Xuzistanda hüquq mühafizə qüvvələrinin avtomobilinə atəş açılıb: 1 polis əməkdaşı öldürülüb

2021-08-01

gun az article

Tehranda incəsənət xadimlərinin dəvəti ilə Xuzistana dəstək aksiyası keçirilib – VİDEO

2021-08-01

gun az article

Tural Gəncəliyev: “Jirinovski və onun kimiləri yeni reallığı qəbul edə bilmir”

2021-08-01

gun az article

Sabah temperatur 36 dərəcəyə yüksələcək, bölgələrə yağış, dolu yağacaq

2021-08-01

gun az article

1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

2021-08-01

gun az article

İordaniya Suriya ilə sərhədi bağladı

2021-08-01

gun az article

Tokio-2020: Azərbaycanın 3 idmançısı mübarizə aparacaq

2021-08-01

gun az article

Rusiyalı alim: “Kütləvi peyvəndləmə daha təhlükəli infeksiya variantlarının qarşısını alacaq”

2021-08-01

gun az article

Mövqelərimiz Naxçıvan istiqamətində atəşə tutulub

2021-08-01

gun az article

Türkiyədəki yanğınlarla bağlı Diasporla İş üzrə Dövlət Komitəsində “qaynar xətt” yaradıldı

2021-07-31

gun az article

Türkiyə Prezidenti azərbaycanlı yanğınsöndürənlərin gördüyü işlərdən danışdı-VİDEO

2021-07-31

gun az article

Azərbaycan Türkiyəyə sabah helikopter göndərəcək

2021-07-31

gun az article

Ərdoğan: "Azərbaycan Türkiyəyə yanğınsöndürən təyyarə göndərib"

2021-07-31

gun az article

Azərbaycanda son sutkada 633 nəfər COVID-19-a yoluxub, 174 nəfər sağalıb

2021-07-31

gun az article

Əfqanıstanda 60 nəfər selin qurbanı oldu

2021-07-31

gun az article

Türkiyədə meşə yanğınlarından həlak olanların sayı 6-ya çatıb

2021-07-31

gun az article

Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub

2021-07-31