Şuşaya yeni magistral su kəməri çəkiləcək

2021-05-04 16:31

Şuşa şəhərini dayanıqlı içməli su ilə təmin etmək məqsədilə təxirəsalınmaz tədbirlər proqramının icrasına başlanılıb.

Gunaz.tv Quote | Gunaz article

“Azərsu” ASC-dən verilən məlumata görə, Tədbirlər Planına əsasən, Şuşa şəhərini içməli su ilə təmin edən Kiçik Kirs və Zarıslı suqəbuledici qurğularında yenidənqurma işləri aparılacaq.

Kiçik Kirs mənbəyindən Şuşaya yeni magistral su kəməri çəkiləcək, şəhər ərazisində 6 km paylayıcı su xətti, hər birinin tutumu 500 kubmetr olan 3 ədəd su anbarı inşa olunacaq.

Tədbirlər çərçivəsində ilkin olaraq tikintisi davam edən Füzuli-Şuşa avtomagistralının, eləcə də elektrik stansiyasının ərazisindən keçən və uzun illərdir istismar olunan magistral kəmərin yenilənməsi işlərinə başlanılıb. Bu məqsədlə Şuşa şəhərinin yaxınlığındakı suqəbuledici kameradan şəhərdəki anbara qədər polad borularla 1,8 km uzunluğunda  yeni magistral su kəməri çəkilir.

Kəmərin inşasında istifadə olunacaq maşın-mexanizmlərin, polad boruların və digər mal-materialların Şuşa şəhərinə daşınması təmin edilib. Hazırda tikinti-quraşdırma işləri Laçın-Şuşa avtomagistralının trassası boyunca davam etdirilir.

Magistral su kəmərinin inşası zamanı texniki tələblərə uyğun olaraq hər bir qaynaq tikişi xüsusi avadanlıqlarla yoxlanılır, müvafiq rəy verildikdən sonra həmin hissələr həm daxildən, həm də xaricdən izolyasiya olunur. Suyun keyfiyyətini sabit saxlamaq üçün borular daxildən xüsusi boyalarla izolyasiya edilir. Yeni magistral su kəmərinin Şuşa şəhərinə çəkilən magistral avtomobil yolunun trassası ilə kəsişmə hissəsinin inşası qısa müddətdə başa çatdırılacaq. 

Yeni layihədə Şuşa şəhərini içməli su ilə təmin edən magistral kəmərlər əlaqələndirilməklə su təminatının bir qovşaqdan idarə olunması nəzərdə tutulur. Belə ki, hazırda Kiçik Kirs mənbəyindən nəql olunan su şəhərdəki anbar kompleksinə suqəbuledici kameradan, Zarıslı mənbəyindən isə birbaşa ötürülür. Yeni layihənin icrası hər iki kəmərin suqəbuledici kamera ilə əlaqələndirilməsinə və suyun buradan şəhərə bir kəmərlə nəqlinə imkan yaradacaq.     

Qeyd edək ki, yeni magistralın inşası ilə yanaşı şəhərdaxili şəbəkədə də tənzimləmə işləri aparılır və baş verə biləcək qəzaların aradan qaldırılması üçün “Azərsu” tərəfindən şəhərdə fasiləsiz xidmət təşkil edilib.

Şuşa şəhərinin yeni Baş Planına uyğun olaraq şəhərin içməli su və tullantı su şəbəkələri yenidən qurulacaq, içməli və tullantı sutəmizləyici qurğular inşa ediləcək. (apa)

Ayxan

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Ərdoğan: “Dağlıq Qarabağda NATO səviyyəsində dəstək verilməsi zəruridir”

2021-06-14

gun az article

İlham Əliyev: "Azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır"

2021-06-14

gun az article

Ceyhun Bayramov Britaniyanın Dövlət Naziri ilə telefonla danışıb

2021-06-14

gun az article

Abbas Lisani və digər siyasi məhbuslar aclığı dayandırdı

2021-06-14

gun az article

Azərbaycan əhalisinin sayı açıqlanıb

2021-06-14

gun az article

Şəhid jurnalistlərlə bağlı sərəncam imzalandı

2021-06-14

gun az article

NATO-nun sammiti başlayıb

2021-06-14

gun az article

Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuliyə səfər ediblər

2021-06-14

gun az article

İlham Əliyev Zəfər yolunun tikintisi ilə tanış olub

2021-06-14

gun az article

Ərdəbil zindanında edama məhkum edilmiş gənc damarlarını kəsdi

2021-06-14

gun az article

Azərbaycan məktəblərində son zəng çalınıb

2021-06-14

gun az article

Türkiyə səfiri Cıdır düzündə

2021-06-14

gun az article

“Gürcüstanın vasitəçiliyi başqa dövlətlərə mesaj oldu” - Deputat

2021-06-14

gun az article

ABŞ-da şəhid jurnalistlərin xatirəsi anılıb

2021-06-14

gun az article

Təbrizli deputat namizədlərin diskvalifikasiya edilməsini tənqid edib

2021-06-14

gun az article

İtaliya XİN: Bakı ilə Yerevan arasındakı dialoqu dəstəkləyirik

2021-06-14

gun az article

Almaniyalı ekspert: Hava təchizatı baxımdan Azərbaycandan geri qalırıq

2021-06-14

gun az article

Niderland Ukraynaya qalib gəldi - AVRO-2020

2021-06-14

gun az article

Bayden NATO zirvəsində Ərdoğanla S-400 sistemlərini müzakirə edəcək

2021-06-14

gun az article

Əhmədinejad: “ETTELAAT-da ən yüksək kəşfiyyat məmurunun özü İsrail casusu çıxdı”

2021-06-13