SON XƏBƏRLƏR

SUXUMİDƏ PARTLAYIŞLAR.Gürcüstanın separatçı Abxaziya bölgəsində nələr baş verir?

2021.10.20, 07:36
SUXUMİDƏ PARTLAYIŞLAR.Gürcüstanın separatçı Abxaziya bölgəsində nələr baş verir?

Gunaz.tv
SUXUMİDƏ PARTLAYIŞLAR Gürcüstanın separatçı Abxaziya bölgəsində nələr baş verir? Gürcüstanın separatçı Abxaziya bölgəsində dünən yeni partlayışlar törədilib. “İnterfaks” agentliyinin yerli hüquq-mühafizə orqanlarına istinadən yaydığı məlumata görə, Suxuminin mərkəzi bazarı qarşısında bir-birinin arınca törədilən iki partlayış nəticəsində azı 6 nəfər yaralanıb. Əvvəlcə bir nəfərin öldüyü haqda xəbər yayılsa da, təsdiqlənməyib. Suxumi prokuroru Alisa Biqvava bildirib ki, partlayıcı qurğular bazarın yaxınlığında dayanmış iki marşrut taksidə quraşdırılıb: “Ehtimallara görə, təşkilatçılar mümkün qədər çox adamın həlak olmasını planlaşdırıblar, çünki partlayışın baş verdiyi səhər saatlarında marşrut taksi dayancaqlarında adam çox olur”. Biqvava bildirib ki, hadisə ilə bağlı terror ittihamı əsasında cinayət işi qaldırılıb. Xəsarət alanlardan birinin Abxaziyada istirahət edən Rusiya vətəndaşı olduğu bildirilir. Xatırladaq ki, Abxaziyanın kurort şəhəri olan Qaqrada ötən bazar günü iki partlayış törədilmişdi və nəticədə 6 nəfər yaralanmışdı. Separatçı rejimin rəhbəri Sergey Baqapş bildirmişdi ki, partlayışların arxasında Gürcüstan dayanır. Onun sözlərinə görə, Gürcüstan Abxaziya ərazisində dövlət səviyyəsində terror həyata keçirir. Lakin rəsmi Tiflis bu iddiaları rədd edərək partlayışları separatçı bölgədə hakmiyyət uğrunda gedən çəkişmələrin nəticəsi adlandırmışdı. Dünən isə Abxaziya “xarici işlər naziri” Sergey Şamba bildirib ki, bir-birinin ardınca törədilən partlayışları Gürcüstanın təşkil etdiyinə şübhə yoxdur: “Bu partlayışlarla bağlı başqa versiyalar da araşdırılacaq, lakin bütün dəlillər göstərir ki, partlayışları Gürcüstan xüsusi xidmət orqanları təşkil edib”. Gürcüstan parlamentinin ərazi bütövlüyünün təmin edilməsi üzrə müvəqqəti komissiyasının rəhbəri Şota Malaxşiya isə deyib ki, separatçı Abxaziya bölgəsində yerli klanlar arasında hakimiyyət uğrunda mübarizə gedir və situasiya partlayış həddinə çatıb. Onun sözlərinə görə, separatçı bölgənin rəhbərliyi arasında iqtisadiyyata nəzarət uğrunda ciddi fikir ayrılıqları yaranıb. Malaxşiya deyib ki, situasiya bu ilin payızında keçiriləcək seçkilər ərəfəsində daha da gərginləşəcək: “Abxaziyada çoxlu sayda idarə edilməyən, yaxud qismən nəzarətdə olan silahlı qruplaşmalar var, ayrıca olaraq separatçı rejimin rəhbərlərinə bağlı silahlı dəstələr fəaliyyət göstərir və onlar münasibətləri aydınlaşdırmaq üçün tez-tez silahdan istifadə edirlər”. Gürcüstan KİV-ləri isə Suxumidəki mənbələrə istinadə edərək Qaqradakı partlayışlar zamanı bir nəfərin öldüyünü xəbər veriblər. Bir nəfər isə ağır yaralanıb. Onların hər ikisi Rusiya vətəndaşıdır. Partlayışlarla bağlı Abxaziya Gürcüstanla inzibati sərhəddəki keçid məntəqəsində nəzarəti sərtləşdirib. Nəticədə yerli əhali kənd təsərrüfatı məhsullarını Gürcüstanda satmaqda çətinlik çəkir. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar