SON XƏBƏRLƏR

Vətən müharibəsi zamanı Ermənistan Yunanıstandan olan hakerlərdən dəstək alıb

2021.11.29, 11:55
Vətən müharibəsi zamanı Ermənistan Yunanıstandan olan hakerlərdən dəstək alıb

Gunaz.tv

Bunu Bakıda keçirilən kibertəhlükəsizlik konfransında çıxış edən Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, bu tipli dəstəklər əsasən rusdilli kontentdən əldə edilirdi:

"44 günlük Vətən müharibəsi dövründə düşmən tərəfindən Azərbaycanın dövlət informasiya resurslarına 2 678 hücum həyata keçirilib ki, onlarında hamısının uğurla qarşısı alınıb. 

Müharibənin ilk günlərində "DDoS" hücumlar oldu və bu hücumlar müharibənin sonuna qədər davam elədi. Həmçinin onlar "fishing" hücumlar həyata keçirirdilər ki, məqsəd insanları çaşdırmaqdan ibarət idi. Bu baxımdan onlar tez-tez dezinformasiyalardan da istifadə edirdilər".  (report.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar