SON XƏBƏRLƏR

Vətən müharibəsində 671 müəllim düşmənə qarşı vuruşub – Onlardan 20 -si məktəb direktoru olub

2021.10.20, 07:36
Vətən müharibəsində 671 müəllim düşmənə qarşı vuruşub – Onlardan 20 -si məktəb direktoru olub

Gunaz.tv

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. 

Bildirilib ki, bu müharibədə 20 təhsil işçisi döyüşlərdə qəhrəmanlıq və şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. 

Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə onların hər biri müxtəlif dərəcəli medallarla təltif ediliblər.

Şəhid təhsil işçilərindən 19 nəfəri “Vətən uğrunda”, 7-si “Şuşanın azad olunmasına görə”, 3-ü “Füzulinin azad olunmasına görə”, 2-si “Xocavəndin azad olunmasına görə”, 4-ü “Cəsur döyüşçü”, 4-ü “Döyüşdə fərqlənməyə görə”, 5-i “Qubadlının azad olunmasına görə”, 5-i “Cəbrayılın azad olunmasına görə”, 2-si “Laçının azad olunmasına görə”, 1 nəfəri “İgidliyə görə”, 1 nəfəri “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. (azpost.info)

Ayxan

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar