SON XƏBƏRLƏR

Nətənz nüvə təsisatı yaxınlığında baş verən partlayışla bağlı yeni faktlar üzə çıxıb: 5 kəşfiyyat dronu əməliyyat keçirib

2021.12.07, 12:57
Nətənz nüvə təsisatı yaxınlığında baş verən partlayışla bağlı yeni faktlar üzə çıxıb: 5 kəşfiyyat dronu əməliyyat keçirib

Gunaz.tv

Bu barədə “Əl-Cəzirə” telekanalı dekabrın 6-da Küveytin “Əl-Qəbəs” qəzetinin bununla bağlı yaydığı yazısına istinadən məlumat yayıb.

Rəsmi Tehran və SEPAH terror təşkilatının rəsmilərin partlaışın əsas səbəbini gizlətməyə və bununla bağlı ziddiyyətli məlumatlar yaymağa çalışsalar da, Küveytin “Əl-Qəbəs” qəzeti yazıb ki, 5 xarici kəşfiyyat dronu 40 dəqiqə müddətinə Nətənz nüvə mərkəzi üzərində uçaraq, kəşfiyyat xarakterli məlumatlar toplayıblar.

“5 casus PUA-sı İran səmasına daxil olub. İranın hava hücumundan müdafiə sistemləri tərəfindən atılan raketlər casusluq əməliyyatı ilə məşğul olan pilotsuz uçuş aparatlarından heç birini vura bilməyib. 

Pilotsuz uçuş aparatları Natanz üzərində 40 dəqiqədən çox uçub və öz kəşfiyyat missiyalarını yerinə yetirdikdən və Natanz nüvə mərkəzinin və ətrafdakı hərbi obyektlərin kəşfiyyatını həyata keçirdikdən sonra öz hərbi bazalarına qayıdıblar”, -deyə “Əl-Cəzirə” telekanalının Küveytin “Əl-Qəbəs” qəzetinə istinadən yaydığı məlumatında bildirilir.

Məlumatda həmçinin qeyd edilir ki, İranın hava hücumundan müdafiə sistemləri xarici kəşfiyyat dronlarını vurmaq cəhdi uğursuz alındıqdan sonra, SEPAH-ın hava-kosmik qüvvələri Nətənz səmasında parazit sistemlərdən istifadə etməyə çalışıb. Bu isə həmin bölgədə internet və kommunikasiya xətlərinin geniş miqyasda kəsilməsinə səbəb olub.

Xatırladaq ki, dekabrın 4-ü axşam saat 20:15 radələrində İranın İsfahan əyalətində yerləşən Nətənz nüvə təsisatının 20 kilometrliyində güclü partlayış olub.

Sosial şəbəkələrdə yayılan xəbərə görə, Badrud şəhərinin Abbasabad kəndi yaxınlığında baş verən dəhşətli partlayışın ardınca səma nura qərb olub, partlayışdan əmələ gələn qalın tüstü məntəqəni bürüyüb.

İran rəsmiləri əvvəlcə partlayışın mənşəyi barədə ziddiyyətli məlumatlar yaysalar da, sonradan bu məntəqədə hava hücumundan müdafiə sisteminin qabiliyyətini yoxlamaq üçün bir raketi sınaqdan keçirdiklərini iddia ediblər. 

نظنز

 A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar