SON XƏBƏRLƏR

Türk dilində çəkilmiş "Atabay" Urmuda ən çox baxılan film olub

2022.01.04, 12:14
Türk dilində çəkilmiş "Atabay" Urmuda ən çox baxılan film olub

Gunaz.tv

Onun dediyinə görə, bu müddət ərzində pandemiya səbəbindən qoyulan məhdudiyyətlərə görə əyalət mərkəzində kinoteatrlara yalnız 10 min nəfər gedib.

“Bu müddət ərzində 10 min nəfər müxtəlif filmlərə baxmaq üçün Urmu şəhəri kinoteatrlara üz tutub. Onların 5 min nəfəri ancaq Azərbaycan dilində olan “Atabay” filminə baxmaq üçün bilet alıblar.

Bu film Urmuda ən çox baxılan film olub”-deyə, İncəsənət Mərkəzinin başçısı bildirib.

O, hal-hazırda “Atabay” filminin Urmu sinəmalarında göstərilməsinin dayandırıldığına bildirib, əhalinin filmə rəğbətini nəzərə alaraq onun yenidən ekrana çıxarılacağı barədə düşündüklərini deyib.

Qeyd edək ki, “Atabay” filmi ekranlara çıxarıldıqdan sonra, Urmu. Təbriz, ərdəbil, Zəncan və başqa şəhərlərdə əhalinin geniş rəğbəti ilə qarşılanıb.

Noyabrın son həftəsində türk dilində olan film bilet satışı səviyyəsinə görə, 807,000,000 milyon tümən satışla İranda üç filmdən biri olub.

“Atabay” ekranlara çıxarılandan bu günə kimi qısa müddət ərzində 3,297, 000,000 milyard tümən bilet satışı güney azərbaycanlıların və İranda yaşayan türklərin filmi rəğbətlə qarşılamalarının nəticəsidir.  
Qeyd edək ki, ekran əsəri filmin ssenari müəllifi olan Hadi Hicazifərin doğulduğu Xoy şəhərinin yaxınlığında çəkilib.

Əsas süjet xətti romantik münasibətlər haqqında olan filmdə H.Hicazifər eyni zamanda baş rolda çəkilib.

Uğursuz sevgi hekayəsi və ailə daxili mənfi hadisələr nəticəsində tək qalan Kazım yeni bir sevgi hekayəsinə qədəm qoyur.

"Atabay" filmi ilk dəfə 38-ci Fəcr Beynəlxalq Kinofestivalında ekranlara çıxıb və 5 müxtəlif nominasiyaya təqdim edilib.

Film güneyli rejissor Niki Kəriminin ən yaxşı əsəri kimi tanınır.
"Atabay" filmi İranın ilk kino jurnalı olan və kino tənqidçilərinin jurnalı kimi tanınan aylıq “Film” jurnalı tərəfindən 38-ci Fəcr kinofestivalının ən yaxşı əsəri kimi seçilib.

C.E

مصاحبه با « رئیس حوزه هنری انقلاب اسلامی آذربایجان غربی » در خصوص ساخت  پروژه « پردیس سینمایی ارومیه»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar