SON XƏBƏRLƏR

Tacikistan xarici işlər naziri: “İrandakı bəzi siyasi qruplar və maliyyə qurumları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirirlər”

2021.10.20, 07:36
Tacikistan xarici işlər naziri: “İrandakı bəzi siyasi qruplar və maliyyə qurumları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirirlər”

Gunaz.tv

GünAzTV: Tacikistanın xarici işlər naziri Sirociddin Muhriddin (Siracəddin Mühriddin) fevralın 12-də jurnalistlərə açıqlamasında İrandakı bəzi siyasi qruplarla maliyyə qurumlarını Tacikistanın daxili işlərinə qarışmaqda və bu ölkədəki radikal islamçı qruplaşmalara dəstək verməkdə günahlandırıb.

 

İran hakimiyyətinə bağlı həmin qruplarla qurumların adlarını çəkmədən imtina edən Sirociddin Mühriddin deyib ki, onlar ölkəsində terrorçu və ekstremist bir qruplaşma kimi tanınan Tacikstan İslam Hərəkatı Partiyasına dəstək verir, onu pulla təmin edirlər: “İrandakı bəzi siyasi qruplar və maliyyə qurumları ölkələrimiz arasındakı münasibətlərə xələl gətirirlər. Onlar, ölkəmizdəki bu terrorçu və ekstremist qruplaşmanı dəstəkləyir, onu maliyyələşdirirlər. Bu isə qəbul edilməzdir”.

 

İranla Tacikistan arasındakı iqtisadi və ictimai münasibətlərdə ciddi bir problemin olmadığını vurğulayan Muhiriddin, rəsmi Tehranın iki ölkə münasibətlərinə xələl gətirən bu kimi müxalifləri aradan qaldıracağına, Tacikistanla İran arasındakı siyasi əlaqələrin adiləşməsinə yardım edəcəklərinə ümidvar olduğunu bildirib.

 

A.M

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar