SON XƏBƏRLƏR

Taliban heyəti Moskvadan sonra Tehrana səfər edib

2021.10.20, 07:36
Taliban heyəti Moskvadan sonra Tehrana səfər edib

Gunaz.tv

GünAz TV: Taliban terror təşkilatının Qətərdə yerləşən siyasi qolunun nümayəndə heyəti Moskvadan sonra iranlı rəsmilərlə sülh danışıqları ətrafında müzakirələr aparmaq üçün Tehrana səfər ediblər.

 

“Sepah” terror təşkilatına məxsus “Təsnim” xəbər agentliyinin məlumatına görə, Taliban üzvləri səfər çərçivəsində İran Xarici İşlər Nazirliyinin bir çox rəsmisi və digər iranlı siyasətçilərlə görüşlər keçiriblər. Görüşlər zamanı tərəflər sülh prosesi, əfqanların özlərinin aralarında apardıqları müzakirələr və Talibanla Amerika Birləşmiş Ştatları arasında sülh müzakirələrinin dayandırılması əsas müzakirə edilən mövzular olub.

 

Xatırladaq ki, sentyabrın 10-da ABŞ prezidenti Donald Tramp Talibanla sülh müzakirələrinin dayandırıldığını bəyan etmişdi. Bundan sonra Amerika ordusunun generallarından biri ölkəsinin Talibana qarşı hərbi əməliyyatları artıracağını bəyan etmişdi.

 

Donald Tramp bu qərarı Talibanın sentyabrın 8-də həyata keçirdiyi terror hücumunda amerikalı hərbçinin ölməsindən sonra qəbul etmişdi.

 

Qeyd etmək lazımdır ki, İran Taliban terror təşkilatına maddi, hərbi və siyasi dəstək göstərən başlıca ölkələrdəndir. Bunu rəsmi Tehran da dəfələrlə bəyan edib. Hətta 2018-ci ilin sonlarında İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani və xarici işlər naziri Məhəmməd Cavad Zərifin Talibana açıq dəstək verməsi rəsmi Kabillə Tehran arasında gərginliyə səbəb olmuşdu. Əfqanıstan XİN məsələyə münasibətində İran Xarici İşlər Nazirliyini Talibanın sözçüsü adlandırmışdı.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar