SON XƏBƏRLƏR

Tanınmış Azərbaycan şairi Rüstəm Behrudi, Abbas Lisaninin azadlığa buraxılmasını tələb edib – VİDEO

2021.10.20, 07:36
Tanınmış Azərbaycan şairi Rüstəm Behrudi, Abbas Lisaninin azadlığa buraxılmasını tələb edib – VİDEO

Gunaz.tv

GünAz TV: Azərbaycanın tanınmış şairi Rüstəm Behrudi internetdə bir video yayaraq güney azərbaycanlı siyasi məhbuslar, o cümlədən Abbas Lisaninin azadlığa buraxılmasını tələb edib.

 

Son günlərdə Azərbaycan Respublikasının bir neçə tanınmış ictimai xadimi “Mən Abbas Lisaniyəm” kampaniyasına qoşularaq onun və digər güneyli fəalların qeyd-şərtsiz azadlığa buraxılmasını istəyiblər.

 

Rüstəm Behrudi, Abbas Lisaninin fəaliyyətini insan haqları, hətta İran konstitusiyasına uyğun olduğunu bildərərk onun rejim tərəfindən saxlanmasını aşkar qanunsuzluq adlandırıb.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsinin 2-ci Şöbəsində keçirilən məhkəmə iclasına qatıldıqdan sonra təhlükəsizlik qüvvələri tərəfindən oğurlanıb, o sonra Ərdəbil Zindanının karantin bölümünə intiqal edilib.

 

Fəal saxlandığı gündən aclıq aksiyası keçirir, ona telefonla əlaqə saxlamaq icazəsi verilmədiyi üçün hansı vəziyyətdə saxlandığı barədə məlumat yoxdur. Fəalın ailə üzvləri bu barədə bir çox səlahiyyətli orqanlara müraciət edib, Ərdəbil Prokorurluğunda onlara bildirilib ki, növbəti xəbərdarlığa qədər onunla görüşmək mümkün deyil, o həkim nəzarətində saxlanılır.

 

https://www.youtube.com/watch?time_continue=9&v=hC65udiQMo0

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar