SON XƏBƏRLƏR

Tanınmış azərbaycanlı fəal Abbas Lisani və ailə üzvlərinin iqtisadi fəaliyyətinə maneçilik yaradılır

2021.10.20, 07:36
Tanınmış azərbaycanlı fəal Abbas Lisani və ailə üzvlərinin iqtisadi fəaliyyətinə maneçilik yaradılır

Gunaz.tv

GünAz TV: Son vaxtlar rejim tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani və onun ailə üzvlərinə qarşı təzyiqləri artırıb.


Məlumata görə, Ərdəbil Əyalətinin İctimai Məkanlara Nəzarət edən İdarəsi (Əmakin) A.Lisaninin oğlu Əli Lisaninin iqtisadi fəaliyyətini hədəfə alan qərar qəbul edib.


Ettelaat İdarəsinin tapşırığı əsasında hərəkət edən idarə Ə.Lisaninin mağazası üçün tələb olunan lisenziya haqda Zərgərlər Dənəyinin rəisinə yazılı göstəriş verib. Bildirilib ki, sözügedən mağazaya heç bir şəkildə lisenziya verilə bilməz. İdarə qanunsuz qərarı ilə bağlı hər hansı dəlilə işarə etməyib.


Ə.Lisani məsələ ilə bağlı “Əmakin” İdarəsinə müraciət edərək mağazasına hansı səbəbdən lisenziya verilmədiyini soruşub, lakin ona bu barədə heç bir məlumat verilməyib. Nəhayət ki, mağazasının möhürlənməsi haqda qərar avqustun 28-də ona elan olunub .


Təxminən 1 il əvvəl də Ə.Lisaninin qızıl məmulatlarının təmiri mağazasına problem yaradılmışdır. Məmurlar məmulatlarını təmir üçün Ə.Lisaniyə verən qızıl mağazalarına müraciət edərək onları başqa birisi ilə işləməyə məcbur etmişdilər.


Abbas Lisani Azərbaycan Milli Hərəkatının tanınmış simalarından biridir, o Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə dəfələrlə saxlanılıb, uzun illər həbs edilib və daha bir çox təzyiqlərə məruz qalıb.

 

 


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar