SON XƏBƏRLƏR

Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin nədə ittiham olunduğu açıqlandı: 4 yeni ittiham

2021.10.20, 07:36
Tanınmış azərbaycanlı fəal Abbas Lisaninin nədə ittiham olunduğu açıqlandı: 4 yeni ittiham

Gunaz.tv

GünAz TV: Ərdəbilin İnqilab Məhkəməsi tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin 4 ittihamla üzləşdiyini açıqlayıb.

 

Fəalın hakim Nonəhal tərəfindən 1) Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək 2) Milli təhlükəsizliyə qarşı təhdid yaratmaq 3) Qanunsuz qrup yaratmaq və 4) Sistemin əleyhinə təbliğat aparmaq, kimi qondarma ittihamlarla üzləşdiyi bildirilir.

 

Bu barədə Abbas Lisani fevralın 26-da onunla zindanda görüşən ailəsinə məlumat verib.

 

Azərbaycanlı fəal bildirib ki, qanunsuz saxlanmasına etiraz olaraq dindirmə zamanı suallara cavab verməkdən imtina edib. Sorğu-sual Ettelaat İdarəsinin çıxışlarını etdiyi təhriflər əsasında aparıldığı üçün formal xarakter daşıyır. Ona görə də bu mərhələdə sükut etməyi məsləhət görüb.

 

Fəalın sözlərinə görə, təhlükəsizlik və məhkəmə orqanlarının onunla bağlı yeni dosye təşkil etməsi, əslində Təbriz məhkəməsində qanunsuz saxlanmasını ört-basdır etmək üçün onlara önləyici tədbir kimi lazımdır.

 

Abbas Lisani yanvarın 15-də Təbriz İnqilab Məhkəməsində qiyabi məhkəmə hökmünə verdiyi etiraza baxıldığı zaman təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Ərdəbil Eteelaat İdarəsinin təcrixanasına aparılıb. Ona hətta mühakiməsi zamanı məhkəməyə gedən çox sayda azərbaycanlı milli-mədəni fəalla görüşməsinə də icazə verilməyib və gizli şəkildə saxlanılıb.

 

Abbas Lisani hazırda Ərdəbil zindanının 7-ci bölümündə müvvəqqəti olaraq saxlanılır. Fəal yaxalandığı gündən Tehran Əyaləti də daxil olmaqla Güney Azərbaycanın əksər şəhərlərində onun saxlanmasına qarşı müxtəlif formalarda etirazlar başlayıb. İnternet və real həyatda edilən etirazlara “Traxtur” futbol komandasının tərəfdarları da qoşulub. Onlar komandanın görüşlərində tanınmış fəalın azadlığa buraxılmasını tələb edən şüarlar səsləndirir və rejimin bu hərəkətini kəskin pisləyirlər. İnternetdə keçirilən “Mən də Abbas Lisaniyəm” kampaniyasına qoşulanların sayı da gün keçdikcə artır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar