SON XƏBƏRLƏR

Tanınmış azərbaycanlı fəal İbrahim Rəşidi (Savalan) Aclıq Aksiyasına başlayıb

2021.10.20, 07:36
Tanınmış azərbaycanlı fəal İbrahim Rəşidi (Savalan) Aclıq Aksiyasına başlayıb

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı fəal İbrahim Rəşidi (Savalan) hakimiyyətin qanunsuz tutuqlamalarına etiraz əlaməti olaraq Aclıq Aksiyasına (etisab-i ğəza) başlayıb.

 

Qeyd etmək lazımdır ki, son günlərdə Milli Hərəkat fəallarının tutuqlanmasında yeni dalğa başlayıb. İbrahim Rəşidi dətutulanlar sırasındadır. Onun tutuqlanmasından bir həftədən çox keçsədə, o,  hələdə öz ailəsi ilə telefon əlaqəsi saxlamağa nail olmayıb.

 

Yaxalandığı gündən bəri Aclıq Aksiyasına başlayan İbrahim Rəşidinin səhhəti barədə heç bir məlumat yoxdur. Bu isə onun ailəsinin xüsusi nigaranlığına səbəb olub.

 

Xatırladaq ki, adını çəkdiyimiz azərbaycanlı fəal keçmiş illərdə də dəfələrlə tutuqlanıb və həbs olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar