SON XƏBƏRLƏR

Tanınmış fəal Əkbər Azadın fəallar arasında münazirə haqda açıqlaması

2021.10.20, 07:36
Tanınmış fəal Əkbər Azadın fəallar arasında münazirə haqda açıqlaması

Gunaz.tv

GünAz TV: Tanınmış azərbaycanlı milli-mədəni fəal Əkbər Azad, məşhur fəallar Əbduləziz Əzimi Qədim ilə Abbas Lisani arasında gözlənilən münazirənin keçirilməsi üçün lazımi dəstəyi verə biləcəyini elan edib.


O bu barədə yazılı açıqlama ilə çıxış edib.


“İki şəxs vəya iki cərəyan arasında müəyyən məsələlərlə bağlı problem yarandığı zaman onlar kütlə qarşısında və barış içində problemləri dilə gətirib və düşüncələrini fakta əsaslanaraq bildirərlər. Şübhəsiz ki, münazirədən məqsəd həqiqəti əhaliyə çatdırmaq və onlara məlumat verməkdir. Əhali də həmin məlumat arasında münazirə tərəflərini dəyərləndirər.


Fikrimcə hal-hazırda Milli Hərəkat çərçivəsində belə bir münazirəyə ehtiyac yox idi. Dostlar xüsusi olaraq görüşüb, yaranan problemi həll edə bilərdilər. Təəssüflə işlər başqa bir istiqamətdə irəlləyib, ona görə də münazirənin keçirilməsinə zərurət yaranıb. Bu səbəbə görə də cənab Əziz Purvəli münazirənin onun evində keçirilməsinə hazır olduğunu elan edib. Məm özüm də münazirənin hazırda yaşadığım evdə keçirilməsinə hazıram.


Şübhəsiz ki, münazirədən öncə cənab Əbduləziz Əzimi Qədim və cənab Abbas Lisani özləri və ya nümayəndələri bir araya gələrək münazirənin necə keçirilməsi haqda müzakirə edib razılığa gəlməlidilər.


Mən münazirənin təşkil olunması üçün hazırlıq işlərinə yardım etməyə hazır olduğumu elan edirəm”- deyə tanınmış fəak Əkbər Azad yazılı açıqlamasının bir hissəsində qeyd edib.


Sözügedən münazirə haqda geniş məlumat almaq üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:
Abbas Lisanidən Əbdüləziz Əzimi Qədimin münazirəyə çağırışına Cavab

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar