SON XƏBƏRLƏR

Tanınmış fəal Əkbər Azadın oğlu, atasının son vəziyyətindən danışıb

2021.10.20, 07:36
Tanınmış fəal Əkbər Azadın oğlu, atasının son vəziyyətindən danışıb

Gunaz.tv

GünAzTv: Azərbaycanlı fəalın oğlu Möhsün Azad Amerikanın səsinə müsahibəsində 4 gündür atasından xəbər olmadığını bildirib.

May ayının 26-sı Tehranda yaşayan mədəni fəal, kitab müəllifi və jurnalist Əkbər Azad nəzarət altına alınıb. Fəalın oğlu Möhsün Azad Amerikanın səsinə müsahibəsində 4 gündür atasından xəbər olmadığını bildirib və deyib ki, onu evdən apararkən haraya apardıqlarını və hansı ittihamla apardıqlarını da bildirməyiblər. Son iki ildə atasının bütün mədəni fəaliyyətlərinə qadağa qoyulduğundan Əkbər Azadın heç bir işlə məşğul olmadığını diqqətə çatdıran Möhsün bəy, atasının şəxsi kitabxanasından bir çox kitabların müsadirə edildiyini və kitabkarın olduğu otağa möhür vurulduğunu bildirib. Onun sözlərinə görə, mədəni fəal Tehran və ya Təbrizə aparılıb. Onu apararkən sorğu sual edildikdən sonra sərbəst buraxılacağı bildirilsə də, üzərindən 4 gün keçməsinə baxmayaraq hələ də Əkbər Azaddan xəbər yoxdur. Möhsün Əkbəri atasının mədəni fəaliyyətlərinə görə bundan əvvəl də dəfələrlə həbs edildiyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar