SON XƏBƏRLƏR

“Tanış” öyrənci nəşriyyəsinin altıncı sayı nəşr olunub – PDF faylı

2021.10.20, 07:36
“Tanış” öyrənci nəşriyyəsinin altıncı sayı nəşr olunub – PDF faylı

Gunaz.tv

GünAz TV: Təbriz Universitetinin Azərbaycanşünaslıq Dərnəyi “Tanış” öyrənci nəşriyyəsinin altıncı sayını nəşr edib.

 

Yeni sayı dərnək üzvləri tərəfindən ötən ilin dekabr ayında hazırlandıqdan sonra universitet məsullarına təhvil verilib.

 

Deyilənlərə görə, məsulların cavabı gecikdirməsi, sonra isə koronavirus infeksiyası ilə bağlı universitetin tətil olunması nəşriyyənin nəzərdə tutulmuş vaxtda nəşr edilməsinə imkan verməyib.

 

Dərnəyin üzvləri təxminən 4 ay sonra nəşriyyəni virtual məkanda nəşr etməyə qərar veriblər.

 

Əldə edilən məlumata əsasən universitet fəaliyyətə başladıqdan sonra nəşriyyənin yeni sayı çap olunaraq öyrəncilərə çatdırılacaq.

 

“Tanış” öyrənci nəşriyyəsinin altıncı sayının PDF faylını buradan oxuya bilərsiniz.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar