Təbrizdə tarixi bina baxımsız qalıb: Bağır xanın evi bərbad vəziyyətdədir

2021-06-03 11:16

Bir müddət öncə Məşrutə hərəkatının rəhbərlərindən, Səttarxanın ən yaxın silahdaşı Bağır xanın evinin acınacaqlı durumda olduğuna dair xəbərlər yayılmışdı.

Gunaz.tv Quote | Gunaz article

Ötən il Şərqi Azərbaycan əyalətinin Şəhərsalma və Memarlıq Komisiyasının başçısı Fridun Babayi Əqdəm də bu barədə danışmış. O, Bağır xanın evini ziyarət edərkən bu dəyərli tarixi binanın satın alındığını, bölüşdürmə planına uyğun olaraq evin 650 kvadratmetr 550 kvadratmetr və bir küçəyə bölündüyünü bildirmişdi.

Babayinin dediynə görə, Təbrizin 8-ci bölgə bələdiyyəsinin qeyd olunan evin 650 kvadratmetrinə sahiblik hüququ var. Ancaq Mədəni İrs Təşkilatı üçüncü hissənin küçə kimi ayrılmasına razılıq verməlidir.

O bildirib ki, Mədəni İrs Təşkilatı qeyd olunan iki hissənin alındığından sonra Bağır xanın evinin yenidən qurulmasına razılıq vermişdi.

Ötən ilin sentyabr ayında Şərqi Azərbaycan əyalətinin Mədəni İrs Təşkilatının Baş direktoru Əhməd Həmzəzadə  Bağır xanın evinin alınması barədə Təbriz bələdiyyəsi ilə anlaşdıqlarını elan etmişdi. Ancaq bu günə kimi bunun həyata keçirildiyi haqda mətbuatda heç bir məlumat yayılmayıb.

Əhməd Həmzəzadənin verdiyi vədin üstündən təxminən 9 ay keçir. Əhali maraqla  Bağır xanın evinin ərazisində yerləşən üç sahənin mülkiyyətinin son vəziyyəti barədə hesabat gözləyir.  

Təbrizin yerli mətbuatı mövzunu diqqətdə saxlayır. Qeyd olunur ki, bu il Məşrutə Hərəkatının ildönümünə kimi bu tarixi abidənin yenidənqurulmasına başlanılacağına ümid edilir.

Xatırladaq ki, Məşrutə hərəkatının başçılarından olan Bağır xanın evi yarı uçulu vəziyyətdədir.

Təbrizin Xiyavan məhəlləsinin Salar küçəsində yerləşən tarixi abidə son illərdə zibilliyə və narkotik maddə aludəçilərinin toplaşdığı məkana çevrilib.

Qacarlar dövrünün yadigarı olan binada 2019-cu ildə yanğın baş verib, lakin hələ də yenidənqurma və təmir işləri aparılmayıb.
Qeyd edək ki, İran rejimi məsullarının laqeydliyi və ögey münasibəti nəticəsində Güney Azərbaycanın tarixi abidələrinin bir çoxu dağılmaqdadır.

Əlaqədar qurumların yerli məsulları azərbaycanlı fəalların məsələ ilə bağlı müraciətlərinə laqeyd yanaşır, “mərkəzdən vəsait ayrılmadığı üçün yenidənqurma işləri aparıla bilmir”-deyə, bəhanə gətirirlər.

 C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Urmuda saxlanılan fəallar polis bölməsində döyülüb

2021-07-25

gun az article

Abbas Lisaninin telefon danışığına qadağa qoyulub

2021-07-25

gun az article

Milli fəal Siyamək Kuşi saxlanılıb

2021-07-25

gun az article

Təbrizli fəal etiraz aksiyasında həbs olunub

2021-07-25

gun az article

Brukseldə ərəb fəallar azərbaycanlı məhbuslara dəstək aksiyası keçirib

2021-07-25

gun az article

Təbrizdə milli fəal Məhəmməd Mahmudi həbs olunub

2021-07-25

gun az article

Təbriz aksiyasında milli fəal Səməd Ladvəndi həbs olunub

2021-07-24

gun az article

Təbrizli milli-mədəni fəal Ulduz Qasimi saxlanılıb

2021-07-24

gun az article

Təbrizdə elektrik kəsildi- Aksiyada milli hökumətin qurulmasına çağırış edildi-VİDEO

2021-07-24

gun az article

Xiyav şəhərinə çox sayda texnika və polis qüvvələri yeridilib-FOTO

2021-07-24

gun az article

Hökumət Təbrizdə kəşfiyyat dronlarını havaya qaldırdı-VİDEO

2021-07-24

gun az article

Ərdəbildə təhlükəsizlik tədbirləri gücləndirildi-FOTO

2021-07-24

gun az article

Təbrizdə polis etirazçıları dağıtmağa çalışır-VİDEO

2021-07-24

gun az article

Güney Azərbaycan şəhərlərində etiraz aksiyaları başladı-VİDEO

2021-07-24

gun az article

Güneydə daha iki fəal saxlanılıb, bir fəalın isə taleyindən xəbər yoxdur

2021-07-24

gun az article

Xiyavın Əhmədabad kəndində bir neçə tarixi əsər aşkar edilib

2021-07-24

gun az article

Güneydə milli fəallara təzyiqlər başlandı: Müctəba Əbduli saxlanıldı

2021-07-24

gun az article

Beynəlxalq mədəniyyət və elm təşkilatları Güney azərbaycanlı alimlə bağlı çağırış etdi

2021-07-24

gun az article

Soyuqbulaqda 760 hektar qamışlıq ərazidə yanğın baş verib

2021-07-24

gun az article

Behnam Şeyxinin şərti azadlığa buraxılması ilə bağlı müraciəti qəbul olunub

2021-07-24