Təbriz, Tufarqan(Azərşəhr) və Üskü şəhərlərinin İran Parlamentindəki nümayəndəsi bu haqda məlumat verib.
Gunaz.tv
“Əlirza Munadi” İran avtomobil sənayesi və ehtiyat hissələri təminatı və düzəldilməsində Təbriz mütəxəssislərinin əhəmiyyətli və öncül rolunun dəyərləndirilməsi üçün “Təbriz” adında avtomobilin buraxılmasının qərara alındığını bildirib.
Ə.Munadi “İranxodro” sənaye qrupu və “Sapko” şirkətinin icraçı dirrektoru ilə keçirdiyi görüşdə Təbrizin avtomobil ehtiyat hissələri istehsalçılarının problemlərinin həll olunması istiqamətində addımların atılmasını müzakirə etdiklərini deyib.
Bu haqda "İsna" xəbər agentliyi xəbər verib. Nümayəndənin ictimaiyyətlə əlaqələr katibinin verdiyi məlumatda Ə.Munadinin İranın Sənaye, Mədən və Ticarət naziri ilə görüşündə “Təbriz” adında avtomobilin quraşdırılmasının müzakirə olunduğunu və müsbət cavab alındığı qeyd edilirb.
C.E