SON XƏBƏRLƏR

“Təbriz bazarının bütün mağazaları siğorta olunmalıdır”- Azərbaycanlı millət vəkili

2021.10.20, 07:36
“Təbriz bazarının bütün mağazaları siğorta olunmalıdır”- Azərbaycanlı millət vəkili

Gunaz.tv

GünAz TV: Təbriz, Azərşəhr (Tufarqan) və Üskünün İran parlamentindəki millət vəkili Zəhra Sai Təbrizin tarixi bazarında fəaliyyət göstərən bütün mağazaların siğorta olunmasını tələb edib.

 

Millət vəkili bu barədə ötən günlərdə Təbriz bazarında baş verən yanğın zamanı mağaza sahiblərinə dəymiş ziyanın ödənildiyi mərasimdə danışıb.

 

O hadisədə ziyan görən siğorta olunmamış 35 mağazaya işarə edərək bildirib ki, nə üçün ticarətlə məşğul olan bir şəxs iş yerini siğorta etməməlidir? Sözsüz ki, biz bu mağazalara da aşağı faizlə kredit vermək kimi müxtəlif yollarla yardım etməyə çalışacayıq. Lakin bütün mağazalar istisnasız olaraq siğorta olunmalıdır.

 

Zəhra Sai bazarın qısa müddətdə təmir olunmasının mühüm olduğunu vurğulayaraq qeyd edib ki, bu bazarda 10 il əvvəl də dəhşətli yanğın baş vermişdir. Hesab eliyirəm ki, önləyici tədbir almaq üçün müasir texnologiyaya ehtiyac var. Bu barədə valiliyə də məlumat verilib. Mən bir millət vəkili kimi bu məsələnin üzərində dayanacam.

 

Təbriz bazarını Azərbaycanın iqtisadiyyatının nəbzi kimi qiymətləndirən millət vəkili bu bazarda böyük iş adamlarının fəaliyyət göstərdiyini diqqətə çatdırıb.

 

Zəhra Sai

 

Mayın 8-i axşam saatlarında Təbrizin tarixi üstü örtülü ikiqapılı bazarında yanğın baş verib. Hadisə zamanı 125 mağazaya ziyan dəyib, onlardan 35-nin siğortasız olduğu məlum olub. Soydaşlarımıza 20 milyard tümən məbləğində maddi ziyan dəyib, Təbrizin yanğınsöndürən qrupunun 19 nəfəri xəsarət alıb.

 

Dəhşətli yanğının İran mətbuatında yetəri qədər işıqlandırılmaması Azərbaycan əhalisi və bəzi yerli məsulların etirazına səbəb olub.

 

Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Behruz Məhdəvi yanğının qısa qapanma səbəbindən baş verdiyini açıqlayıb.

 

N.S

 

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar