Təbriz bələdiyyəsinin Azərbaycançılıqda günahlandırılan şöbə rəisi işdən çıxarılıb?-İDDİA

2021-04-21 15:15

​​​​​​​Təbriz bələdiyyəsinin millətçilikdə günahlandırılan və fəaliyyəti geniş  müzakirələrə səbəb olan məsul şəxsi Məsud Bərzgər Calali vəzifəsindən uzaqlaşdırılıb.

Gunaz.tv Quote | Gunaz article

Qeyd edək ki, Məsud Bərzgər Calali Təbriz bələdiyyəsinin Abadlıq və Gözəlləşdirmə şöbəsinin rəhbəri vəzifəsində çalışıb. 

Xəbər rəsmi şəkildə təsdiq olunmasa da bir sıra yerli mətbuat orqanı bu barədə məlumat yayıb.

 

Məsud Bərzgər Calali fəaliyyəti ən çox müzakirə olunan və qalmaqala səbəb olan məmurlardan biridir.

Onun fəaliyyətləri dəfələrlə İranın bir sıra mətbuat orqanlarının tənqidlərinə səbəb olub. O, millətçilikdə və separatizmə dəstək verməkdə, islami dəyərləri aşağılamaqda günahlandırılıb.

 

İranın ETELLAAT və digər panfarsist dairələrinə yaxınlığı ilə tanınan bir sıra mətbuat orqanları, o cümlədən “azariha” saytı son yaz bayramı günlərində Təbriz şəhərinin Şahgölü parkında Azərbaycan Respublikasının bayrağı rənglərində boyanan qayığın qurulmasını onun ideyası hesab edib. 

 

Sayt Təbriz Universitetinin yaxınlığındakı “Musiqili piano” qurğusunun da onun təşəbbüsü ilə hazırlandığını yazmışdı.

M.B.Calali bundan öncə də dəfələrlə şəhidlərin adlarına olan lövhələrin şəhərdən yığışdırılmasında və “separatçılığı” təbliğ edən qurğu və banerlərin quraşdırılmasında günahlandırılıb.

“Separatçıların ayağını Təbriz bələdiyyəsinə açmaqla şəhərin aurasını, özəlliklə Şahgölü parkını zəhərləyib”-deyə, yuxarıda adı qeyd olunan panfarsist cərəyanına mənsub olan sayt bir neçə həftə öncə Calali barədə yazmışdı.

 

Sayt Şahgölü parkında Azərbaycan bayrağı rənglərinə boyanan qayığın Calalinin ideyası olduğunu, onun Azərbaycançılara dəstək verdiyini qeyd edib.

 

“Şahgölü parkı və şəhər səviyyəsində quraşdırılmış lövhə və banerləri yığışdırmasa İran xalqı onu və ətrafındakı separatçı mikrobları Təbrizdən süpürüb atacaq"-deyə, sayt təhdid etmişdi.

Qeyd edək ki, Təbriz Bələdiyyəsi və Məsud Bərzgər Calalinin özü işdən çıxarılması barədə hər hansı açıqlama verməyib.

 

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

GünazTV May.13.2021- Düşünməyə Çağırı: Milli Günlərimiz.

2021-05-14

gun az article

GünazTV May.13.2021-Sözümüz: Ferdusi, Məzhəb, Qadın, Milliyyət

2021-05-14

gun az article

Güney Azərbaycan klubu İran Premyer Liqasında dördüncü dəfə çempion oldu

2021-05-13

gun az article

Güney Azərbaycanın voleybol fenomeni legioner oldu

2021-05-13

gun az article

Həmədanda "Dünya Dulusçuluq Şəhəri" Mərkəzi açılacaq

2021-05-13

gun az article

Ərdəbildə daha 7 koronavirus xəstəsi vəfat edib

2021-05-13

gun az article

Güneyli xanım beynəlxalq yarışda hakimlik edəcək

2021-05-13

gun az article

Güneyli azərbaycanlı milli fəal yol qəzasında həlak oldu

2021-05-13

gun az article

Mədəni fəal Əkbər Qulizadə Tehran həbsxanasına aparılıb

2021-05-13

gun az article

Xoyda zəlzələ baş verib

2021-05-13

gun az article

GünazTV May.12.2021-Görüş: Güney Azərbaycan Milli Azadlıq Hərəkatına qarşı təxribatlar, İranda aclıq, rejim isə terroristlərə pul paylamaqdadır

2021-05-12

gun az article

Milli fəal Ruzbeh Pirinin məhkəmə iclası keçirilib

2021-05-12

gun az article

Salmasda cinayətkar dəstənin üzvləri həbs olunub

2021-05-12

gun az article

Məzuniyyət müddəti bitən syasi məhbus Əlirza Fərşi həbsxanaya qayıdıb

2021-05-12

gun az article

Parsabadda həbslər: Bələdiyyə məmurları saxlanıldı

2021-05-12

gun az article

"Keçmişdən günümüzə Güney Azərbaycan”-Türkiyədə konfrans keçiriləcək

2021-05-12

gun az article

Güneydə tarixi abidələrə qarşı vandalizm: Vərziğanda 700 illik tarixi məzar daşları dağıdılıb-VİDEO

2021-05-12

gun az article

Urmu gölünə su buraxılmayacaq-Mühafizə Şurası qərar verdi

2021-05-12

gun az article

Futzal üzrə İran Premyer Liqası: Azərbaycan klubu çempion ola bilər

2021-05-12

gun az article

GünazTV May.11.2021-Özümüz: Urartular

2021-05-11