SON XƏBƏRLƏR

“Təbriz Beynəlxalq Kitab Sərgisi”ndə Əhməd Kəsrəvinin əsərinə yazılan cavab kitabı yığışdırılıb – VİDEO

2021.10.20, 07:36
“Təbriz Beynəlxalq Kitab Sərgisi”ndə Əhməd Kəsrəvinin əsərinə yazılan cavab kitabı yığışdırılıb – VİDEO

Gunaz.tv

GünAz TV: Xəbər verdiyimiz kimi, Təbrizdə bir neçə gündür ki, Beynəlxalq Kitab Sərgisi keçirilir.

 

Hökumət orqanları köhnə ənənələrinə sadiq qalaraq bu sərgidə də türkcə kitablar və povilyonlara qadağa tətbiq edib.

 

“Qalan Yurd” povilyonunun müdiri Əhməd Kəsrəvinin "Azəri və ya qədim Azərbaycan dili" əsərinə yazılan cavab kitabının sərgi məsulları tərəfindən yığışdırıldığını bildirib.

 

Güney azərbaycanlı araşdırmaçılar Rza Həmraz və Həsən Ümidoğlunun qələmə aldığı kitabın satışına qadağa tətbiq edənlər, kitabın nəşri üçün verilən lisenziyanın ləğv olunduğunu bildiriblər. Sərgi məsulları həmçinin sözügedən kitabı sərgiləyən povilyonu bağlamaqla təhdid ediblər.

 

Bu barədə “Qalan Yurd” povilyonunun müdiri belə deyib:

 

https://www.youtube.com/watch?time_continue=5&v=zApZw7bz69k

 

 

"Azəri və ya qədim Azərbaycan dili" əsərinə cavab olaraq yazılan kitab İrşad və Mədəniyyət Nazirliyindən alınan lisenziya əsasında çap olunub. Bu kitabın satışına o halda qadağa qoyulub ki, Əhməd Kəsrəvinin sözügedən əsəri İranın müxtəlif orqanları tərəfindən bir neçə dəfə nəşr olunub.

 

Əhməd Kəsrəvinin kitabında Azərbaycan türklərinin “azəridilli”, əslində isə fars kökənli olduqları bildirilir. Bununla Azərbaycan türklərini türk dünyasından ayırmağa çalışan Əhməd Kəsrəvi azərbaycanlıların moğollar və türklərin hücumu nəticəsində türkcə öyrəndiyini, nəticədə bu dildə danışdıqlarını iddia edir. Təəsüflər olsun ki, məşhur paniranistin əsərinə cavab olaraq yazılan əsərlərin nəşrinə, çap olunan kitabların isə satışına icazə verilmir.

 

Xatırladaq ki, “Təbriz Beynəlxalq Kitab Sərgisi”nin birinci günündə “Kirpi” türk kitabları povilyonu rejimin məmurları tərəfindən bağladılıb.

“İran Mədəni Sərgilər Müəssisəsi”nin əməkdaşları  povilyonu türk dilində kitabların yayılmasının qarşısını almaq məqsədi ilə bağlayıb.

 

N.S

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar