SON XƏBƏRLƏR

“Təbriz Dəmir Dövrü Muzeyi” haqqında nələr bilirik? – GÖRÜNTÜ

2021.10.20, 07:36
“Təbriz Dəmir Dövrü Muzeyi” haqqında nələr bilirik? – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Dünyanın ən maraqlı muzeylərindən biri olan Təbrizin dəmir dövrünə aid muzeyi, bu şəhərin dərin tarixə malik olduğunu göstərməkdədir.

 

Məlumata görə, “Təbriz Dəmir Dövrü Muzeyi”ndə 4000 illik qəbirlər var, qəbirlərdə insanların zinət əşyaları ilə birgə basdırıldığı görünür.

 

Yerin altında, qaranlıq bir məkanda yerləşən muzey Təbrizdəki göy məscidin şimal, şimal-şərq və şimal-qərb tərəfində qərarlaşıb. Muzey məzarlıq və dəmir dövrünə aid gil-torpaq əsərlərindən ibarətdir. Bu əsərlərdən Təbrizin neçə min illik tarixə malik olduğunu anlamaq mümkündür.

 

Muzeydə 38 qəbir var, skletlər körpə yaşda ölən insanlara aiddir. Körpələrin məzarı sadədir, lakin yeniyetmələr gildən düzəldilmiş iki qabla birlikdə kvadrat şəkilində olan qəbirlərdə basdırılıb. Uşaqlar oyuncaqları, kişilər savaş alətləri və qadınlar zinət əşyaları ilə birlikdə dəfn edilib.

 

Dəmir dövrünə aid muzey 2006-cı ildən (hicri-şəmsi təqvimi ilə 1385-ci il) Güney Azərbaycan və İranın birinci səhra muzeyi kimi fəaliyyətə başlayıb.

 

 

 

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar