SON XƏBƏRLƏR

Təbriz əhalisi maskalı (masklı) Etiraz Göstərisinə hazırlaşır

2021.10.20, 07:36
Təbriz əhalisi maskalı (masklı) Etiraz Göstərisinə hazırlaşır

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın siyasi mərkəzi, Təbriz şəhərinin əhalisi ağzı maskalı (masklı) dinc Etiraz Aksiyasına (göstəriyə) hazırlaşır.

 

Bu barədə Azərbaycan Milli Hərəkat Fəalları və “Traxtur” (futbol taxımı) tərəfdarları tərəfindən 2011-ci il may ayının 15-də (ordibeheştin 25-də) keçiriləcək dinc Etiraz Aksiyası barədə məlumat verən minlərlə CD yayılıb.

 

Yayılan CD-də Azərbaycan xalqı, xüsusi ilə “Traxtur” tərəfdarları Urmu Gölünün quruması ilə bağlı 2 aprel-də (13 fərvərdin-də) keçirilən Etiraz Göstərisində tutuqlananlar, milli-mədəni fəalların həbsi və İran Futbol Federasiyasının (federasiyonun) Azərbaycan taxımları “Traxtur” və “Qostərəşe Fulad”la bağlı qərəzli mövqeinə etiraz əlaməti olaraq, Etiraz Aksiyasına çağırılır.

 

İştirakçılar 2011-ci il may ayının 15-i (ordibeheştin 25-i) “Traxtur-Saypa” müsabiqəsindən sonra ağızlarına maska (mask) ilə bağlayıb, tam dinc şəkildə şüar səsləndirmədən Səhənd stadiomundan (stadionundan) saat meydanına tərəf yürüş edəcəklər.

 

Aşağıdakı LİNKdən video-faylı izləyə bilərsiniz:

http://www.dosya.tc/indirr/aS4BrH/Xurdad1390.mp4.html

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar