SON XƏBƏRLƏR

Təbriz havası həssas insanlar üçün əlverişsizdir

2021.10.20, 07:36
Təbriz havası həssas insanlar üçün əlverişsizdir

Gunaz.tv

GünAz TV: Şərqi Azərbaycan Əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisi Təbrizdə havanın meteohəssas insanlar üçün əlverişsiz olduğunu bildirib.


Bu barədə mətbuata danışan Həmid Qasimi bildirib ki, Təbrizin hava keyfiyyəti indeksi normadan artıq çirklidir ki, bu, həssas insanlar üçün təhlükəli hesab olunur.


O qeyd edib ki, bu gün Təbrizin hava keyfiyyəti indeksi 146-ya bərabərdir. Bu o deməkdir ki, hava şəraiti metehəssas insanlar üçün risklidir.


“Havanın çirklilik səviyyəsi 0-50 arasındadırsa təmiz, 50-100 aralığındadırsa sağlam hava, 100-150 aralığı isə çirkli hava hesab olunur. Bu səviyyə metehəssas insanlar üçün münasib deyil. Həmçinin, havanın çirkliliyi 150-200 arası olduqda bütün cəmiyyət qrupları üçün təhlükəli vəziyyət yaranar. Çirklilik səviyyəsi 200-300 arasındadırsa çox təhlükəli, 300-500 arası isə böhran vəziyyətinin göstəricisi olar.”- deyə o bildirib.


Həmid Qasimi vurğulayıb ki, belə durumda ürək, ağ ciyər xəstələri, hamilə və körpə əmizdirən qadınlar, yaşlılar, eləcə də uşaqların açıq havada uzunmüddətli qalmamalarını, ağır işləri görməkdən çəkinmələrini tövsiyə edirik.


Şərqi Azərbaycan Əyaləti Ətraf Mühitin Mühafizəsi İdarəsinin rəisinin sözlərinə görə, meteoroloji proqnozlara əsasən sabahdan şəhər ərazisində hökm sürən çirkli hava şəraiti tədricən azalacaq.


Həmid Qasimi əhaliyə şəxsi avtomobillə şəhərə çıxmamağı və imkan daxilində ictimai nəqiliyyatdan istifadə etməyi tövsiyyə edib.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar