Təbriz həbsxanasında baş verən üsyanın Təfərrüatı...

27.03.2020, 05:16

GünAz TV: Xəbər verdiyimiz kimi, cümə axşamı günü Təbrizin Mərkəzi Zindanında üsyan baş verib. Qəzəbli məhbusların üsyanının yeni təfərrüatı məlum olub.

 

Həbsxananın daxilindən ötürülən məlumata əsasən, 9-cu bölümdə bir neçə məhbus iki əsgərin silahını əlindən alaraq ətrafda olan həbsxana məsullarını girov götürüb, 9-cü bölümə giriş və çıxışa icazə verməyiblər. Məhbuslar tərəfindən girov götürülən həbsxana məsulları ilə bağlı hələlik ətraflı məlumat yayılmayıb.

 

Həbsxananın digər bölümündə (“Seqane” adlanan bölüm) isə məhbuslar yataqları toplayıb zindanın həyətində yandırıblar. Bundan sonra həbsxanadan tüstü qalxıb.

 

Qeyri-rəsmi mənbələrin verdiyi məlumata görə, üsyan zamanı bir nəfər qətlə yetirilib, bir neçə məhbus isə həbsxanadan qaçıb. Bu xəbər hələlik heç bir rəsmi mənbə tərəfindən təsdiqlənməyib.

 

Həbsxananın digər bölümləri, o cümlədən 7-ci bölümdə də zindan məsulları ilə məhbuslar arasında qarşıdurma yaşanıb.

 

Məlumata görə, Şərqi Azərbaycanın xüsusi təyinatlı qüvvələri həbsxananı nəzarətə alıb.

 

Rəsmi orqanlar isə hər zaman olduğu kimi baş verən hadisəni ört-basdır etməyə çalışır. Təbriz Şəhər İcra Hakimiyyətinin başçısı Behruz Məhdəvi hadisəyə münasibət bildirərkən həbsxanada kiçik yanğın olduğunu bildirib.

“Zindanda kiçik yanğın baş verib. Məhbusların və həbsxana məsullarının yanğından nigaran olması müəyyən qədər gərginlik yaradıb. Təbii ki, gərginliyi idarə etmək üçün polis əməkdaşları hazır vəziyyətə gətirilib.”- deyə o bildirib.

 

Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, hələlik hadisənin səbəbi məlum deyil, faktla bağlı araşdırma aparılır.

 

İran rejimi koronavirusa yoluxma faktlarını gec elan etdiyindən epidemiya qısa müddətdə bütün ölkəni, o cümlədən həbsxanaları bürüdü. Məhkəmə məhbusların əksəriyyətini müvəqqəti olaraq sərbəst buraxmaqdan imtina edir. Həyatlarını təhlükədə görən məhbuslar həbsxanadan qaçmaq üçün üsyan etməyə məcbur olur. Oxşar üsyanlar ötən həftə Xürrəmabad və Əliqudərz şəhərlərində baş vermişdir.

 

Mövzu ilə bağlı ətraflı məlumat almaq və videoları izləmək üçün aşağıdakı xəbəri oxuya bilərsiniz:

Təbrizin Mərkəzi Həbsxanasında nə baş verir? Güllə səsləri eşidildi – VİDEO

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Tehranda İbrahim Rəisiyə qarşı şüarları səsləndirild-VİDEO

2022-01-20

gun az article

Qəzvində təbii fəlakətdən zərər çəkənlərin təzminatı ödənilmir

2022-01-20

gun az article

Ərdəbildə mədəniyyət və incəsənət kompleksinin tikintisi yarımçıq qalıb

2022-01-20

gun az article

"Azərbaycanın haqqını yeyərək həyasızlaşıblar"- Millət vəkili Kirmanın nümayəndəsinə cavab verdi

2022-01-20

gun az article

Türkiyənin Təbrizdəki baş konsulu: “Türkiyəlilər təbrizliləri özlərinin qardaşı sayır”

2022-01-20

gun az article

Qəzvinin 4 qeyri-maddi mədəni irsi milli əsərlər siyahısına salınıb

2022-01-20

gun az article

Xamneyinin nümayəndəsindən Azərbaycana və Türkiyəyə qarşı əcaib ittiham

2022-01-20

gun az article

Güclü qar səbəbindən Güney Azərbaycanda məktəblər bağlanıb- Minlərlə avtomobil yollarda qalıb-VİDEO

2022-01-20

gun az article

Güney azərbaycanlı gənc dünyanın altıncı ən yaxşı futzalçısı seçilib

2022-01-20

gun az article

Urmuda aksiya: Narazı sürücülər bələdiyyə binası qarşısına toplaşıb-VİDEO

2022-01-20

gun az article

Şərqi Azərbaycanda korrupsiya hallarını ifşa edən tibb işçisini həbs etmək istəyirlər-VİDEO

2022-01-20

gun az article

Milli fəal Əfşar Moheb girov qarşılığında müvəqqəti azadlığa buraxılıb

2022-01-20

gun az article

Sel və daşqınlar Qəzvində yol infrasrukturuna 100 milyard ziyan vurub

2022-01-19

gun az article

Xoy və Çayparada səhiyyə xidməti bərbaddır-Millət vəkili nazirliyi ittiham etdi

2022-01-19

gun az article

“Qafqazda sərhədlərin dəyişdirilməsinə imkan verməyəcəyik”-Xamneyinin müşaviri

2022-01-19

gun az article

"Ölkədə resurslar ədalətli bölüşdürülmür"- Azərbaycanlı millət vəkilindən hökumətə ittiham

2022-01-19

gun az article

Qəzvində idman hökumətin diqqətindən kənarda qalıb

2022-01-19

gun az article

Təhlükəsizlik məmurları təbrizli bəhaini həbs edib

2022-01-19

gun az article

"Şərqi Azərbaycan səhiyyəsinə ayrılan maliyyə yetərli deyil"-Təbriz unversitetinin rektoru

2022-01-19

gun az article

"Milli birlik uğurun əsas şərtidir"- Abbas Lisaninin 8 il öncəki çıxışının VİDEO-su yayıldı

2022-01-19