SON XƏBƏRLƏR

Təbriz səmasında Azərbaycan bayrağı

2021.10.20, 07:36
Təbriz səmasında Azərbaycan bayrağı

Gunaz.tv
Təbriz səmasında Azərbaycan bayrağı babekbezz.jpg Fars-molla rejimi soydaşlarımızın Bəbək qalasına yürüşünün qarşısını almağa çalışır Bu günlərdə Azərbaycan türklərinin milli qəhrəmanı Babək Xürrəminin doğum günü qutlanır. Xüsusən, Azərbaycanın cənubunda, Kəleybərdə, Bəzz qalasına yollanan soydaşlarımız bu bayramı şadyanalıqla qeyd edirlər. Düzdür, dünyanı nüvə silahı yaratmaq, uranın zənginləşdirilməsi kimi təhlükələrlə üz-üzə qoyan fars-molla rejimi Azərbaycan türklərinin ən böyük bayramlarından birini könül xoşluğu, ürək genişliyilə qeyd etməyə imkan vermir. Hər il iyul ayı yaxınlaşanda fars-molla rejimi şəhərlərimizi, kəndlərimizi az qala mühasirəyə alır, şəhərlərdən, kəndlərdən çıxanlardan hara getdiklərini soruşur, hərbi vəziyyət elan edir, soydaşlarımızın Kəleybərə getdiyi yollarda hərbi təlimlər keçirir. Təbriz Quzeyli Milli fəallarımızı təzyiqlərə məruz qoyur, həbslərə atır, BaBəkin doğum gününü qutlamasına mane olmağa çalışır. Güneydən yayılan xəbərlərə görə, bir neçə gündür ki, Sulduz şəhərində bayram şadyanalıqları başlayıb, havaya bayram fişəngləri atılıb, bu əhalinin sevincinə səbəb olub. Sulduz gəncləri Milli Qurultaya qatılmaq üçün Bəzz qalasına yola düşüblər. Fars-molla rejimi soydaşlarımızın şadyanalıqlarının qarşısını almaq üçün, Bəzz qalasına hərəkəti dayandırmaq üçün şəhərdəki "Ettelaat" idarəsinin rəhbəri, antitürk mövqeyi və satqınlığıyla ad çıxarmış Eynulla Horuzpur adlı fars şovinistinin çağırışıyla Sulduza qoşun yeridib. Güney satları xəbər verir ki, bu məxluqat Sulduz bölgəsində türk adlarının dəyişdirilməsində mühüm rol oynayıb, fars və kürd terrorçularına xidmət göstərib. Bu günlərdə Sulduzda milli fəal Əli Hacıməhəmmədi inqilab məhkəməsinin hökmü və "müqəddəs şəxsləri təhqir" ittihamıyla cərimə olunub. Yadigar kəndinin sakini olan Əli Hacıməhəmmədi iki il əvvəl də may hadisələrinin iştirakçısı olduğuna görə dəfələrlə həbs olunaraq ağır işgəncələrə məruz qoyulub, cərimə olunub. Azərbaycanın tannımış ziyalılarından olan Xoy şəhərində qeyri-hökumət təşkilatının qurucularından olan İbrahim Cəfərzadə yenidən məhkəmə hökmüylə üzləşib. O, 2006-cı il fevral ayının 21-də Beynəlxalq Ana Dili günündə də həbs olunmuşdu. Güney saytları xəbər verir ki, iyulun 1-də milli fəal, Naxçıvan Dövlət Memarlıq Universitetinin tələbəsi, 26 yaşlı Arif Ulufi həbs olunaraq Urmiyə həbsxanasına göndərilib. Urmiyə inqilab məhkəməsi soydaşımıza qarşı hakimiyyət əleyhinə mübarizə, İranı parçalama, Güney Azərbaycan dövləti yaratmağa cəhd ittihamı irəli sürüb, 6 ay müddətinə həbs qərarı çıxarıb, sonradan Appelyasiya məhkəməsi cəzanın müddətini iki ay azaldıb. Buna qədər də soydaşımız dəfələrlə həbs edilib, təzyiq və işgəncələrə məruz qalıb. Sonuncu dəfə Beynəlxalq Ana Dili Günündə Urmiyədə həbs edilərək "Ettelaat"da işgəncələrə məruz qalıb, girov qoymaqla müvəqqəti azadlığa buraxılıb. Güneydən yayılan xəbərlərdə qeyd olunur ki, "Ettelaat" və "Sepahi-Pasdaran" Bəzz qalasının yerləşdiyi Kəleybər şəhərində nəzarəti gücləndirib, giriş-çıxışlara postlar qurulub. Babəkin doğum gününü qutlamaq üçün şəhərə gələn soydaşlarımız geri qaytarılıb. Eyni zamanda Güney Azərbaycanın digər şəhərlərində şənliklərin keçirilməsinin qarşısı alınır. Amma soydaşlamız bütün təzyiqlərə baxmayaraq öz hisslərini açıq-aşkar büruzə verirlər. Məsələn, dünən Təbrizdə Azərbaycan bayrağı hava şarı vasitəsilə səmaya buraxılıb. ... Tarix Volqa boyundan tutmuş indi gah fars, gah da ərəb körfəzi adlanan boğazadək, İstanbul boğazlarından tutmuş Himalay dağlarınadək 8 min il boyu türk dövlətlərinin bir-birini əvəzlədiyini təsdiqləyir. Bu müddət ərzində farslar cəmi 325 il, Əhəmənilərin, Sasanilərin dövründə hakimiyyətdə olublar. Bu dövlətlərdə yenə də aparıcı qüvvə türklər olub. Orta əsrlərdə türk hökmdarının sifarişilə "Şahnamə" yazan Firdovsi isə fars şovinizminin əsasını qoyub. Yuxarıda qeyd etdiyimiz kimi yalnız Hind-Avropa xalqlarına mənsub qohumlarının-ingilis və rusların dəstəyilə XX əsrin 1925-ci ilində çavuş Rza Pəhləvinin simasında hakimiyyətə gələn farslar bütün əsr boyu türklərə qan uddurublar. Elə 1946-cı ildə Seyid Cəfər Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Milli hökumətinin məğlubiyyəti, 1952-ci ildə baş nazir, doktor Müsəddiqinin devrilməsində fars xəyanəti və rus, amerikan, ingilis qohumbazlığı mühüm rol oynayıb. 1979-cu ildə isə inqilab Təbriz başlasa da ən pis günə qalan Azərbaycan türkləri oldu, hakimiyyəti ələ keçirən mollaların Pəhləvilərdən də pis şovinist olduğu üzə çıxdı. 1946-cı ilə şah qoşunları Təbrizə girdiyinə görə qurban kəsdirən ayəttullah Şəriətmədari 1979-cu il inqilabının liderlərindən olmasına baxmayaraq Xomeyninin göstərişiylə uzun illər Qum şəhərində ev dustaqlığında yaşadı. Elə indi də fars rejimi Azərbaycan türkünün əmmaməlisinə, başıaçığına baxmır, fərq qoymur. Güney Azərbaycanda sözü keçən, açıqfikirliliyilə xalqın dəstəyini qazanan din adamlarımız da fars şovinizminin hücumlarına məruz qalır. Belə faktları sadalamağımız təsadüfi deyil. Güneyli milli fəalları həbs edən, qətlə yetirən, girov qoymağa məcbur edərək var-yoxdan çıxaran fars rejimi Azərbaycanın din adamlarını susdurmağa nail olub. Əslinə qalsa, 1979-cı ildən sonra baş verənlər göstərdi ki, Azərbaycanın din adamlarının əməlləri bilərəkdən və ya bilməyərəkdən yalnız və yalnız fars şovinizminin maraqlarına xidmət etdi. Ona görə də indi də Azərbaycanın cənubunda din adamlarımıza kifayət qədər şübhəylə yanaşılır. Onlar əsassız yerə fitvalar verib, insanları qorxuda bilərlər, amma artıq xalq onlara inanmaqda çətinlik çətir. Nüvə silahına görə beynəlxalq təzyiqlərə məruz qalan fars rejiminin Azərbaycan türkləri arasında hədəfdə olan üçüncü təbəqə iş adamları olacaq. Azərbaycan türklərinin biznesmenləri, iş adamları dünyada gedən prosesləri nə qədər gec dərk etsələr, bir o qədər onların özünə ziyan olacaq. Milli kimliklərini dansalar, milli hərəkat haqqında düşünməyə belə qorxsalar əlacsız şəkildə hörümçəyin toruna düşər kimi fars rejiminin təhdidlərilə, təzyiqlərilə üz-üzə qalacaqlar. Fars rejiminin dördüncü hədəfi isə türk məmurlardır. İndi İranın bir neçə nazirinin türk olduğu söylənilir. Amma nə xeyri? siyasi, milli haqları deməsək də həmin məmurlar, nazirlər nə Güney Azərbaycanın sosial-iqtisadi inkişafı üçün hansısa addım ata bilirlər, nə də Azərbaycan Respublikasıyla əlaqələrdə müsbət iş görə bilirlər. Bir sözlə, faktiki olaraq manqurtlaşıblar. Bəzən belə təsəvvür yaranır ki, İrandakı türk məmurlar yalnız və yalnız öz xalqına divan tutmaq funksiyasını yerinə yetirirlər, yəni robota çevriliblər. Hazırda İran adlanan ölkədə Güney Azərbaycan türklərinə qarşı repressiyalar şiddətlənməkdədir. Tehran rejimi türklərin milli haqları uğrunda mübarizəsinin qarşısını sərt şəkildə almağa çalışır. Milli hərəkat fəalları səssiz şəkildə qətlə yetirilir, soydaşlarımızın cəsədləri şəhərin müxtəlif yerlərinə atılır. "Ettelaat", "Sepahi-Pasdaran", "Bəsici" və s. qurumlar sonradan qətlləri öz boyunlarından atmağa çalışrlar. Amma fars-molla rejimi qətllərdən, soydaşlarımıza qarşı törətdiyi qətliamlardan narahatdır. Hazırda İran həbsxanalarında yüzlərlə soydaşımız zülm çəkir, işgəncələrə məruz qalır. Soydaşlarımıza qarşı bu qədər qəddarlıq, fars-molla rejiminin milli dünyagörüş baxımdan güneyliləri fiziki cəhətdən məhv etmək planları təsadüfi deyil. Şovinist fars və manqurt molla rejimi yaxşı başa düşür ki, Güney Azərbaycan Milli Azadlıq hərəkatı ən müqəddəs bəşəri ideyalar, millətimizin hüquqları, milli dövlətçiliyimiz, demokratiya uğrunda mübarizə aparır. Hansı ölkədə olursa, olsun, təzyiqlərə, qətllərə baxmayaraq, böyük xalq kütlələri və cəmiyyətin aparıcı insanları milli haqlar uğrunda daha çox inanırlar, bu ideyalar uğrunda mübarizəyə qoşulurlar. Bu müqəddəs hərəkat müstəqil və sivil, dinc qaydada öz mübarizəsini davam etdirir, sıraları günü-gündən genişlənir, gəncləşir. xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar