SON XƏBƏRLƏR

Təbriz Universitetinin 3 tələbəsi diplomdan məhrum edilib

2021.10.20, 07:36
Təbriz Universitetinin 3 tələbəsi diplomdan məhrum edilib

Gunaz.tv
Təbriz Universitetinin 3 tələbəsi diplomdan məhrum edilib Güney Azərbaycan Milli Hərəkatının fəalları olan tələbələrə diplomların verilməməsi və təhsildən kənarlaşdırılma ilə bağlı qərarların qəbulu davam edir. Bu dəfə Təbriz Universitetində təhsil alan Səccad Radimehr barədə qərar çıxarılıb və o, 1,5 il təhsildən məhrum edilib. Tələbə Nadir Məhdqarabağlı barədə də qərar eyin xarakterli olub və o, 2 il müddətində təhsildən məhrum edilib. Tələbələr barədə bu qərarın çıxarılmasına səbəb kimi onların hakimiyyət əleyhinə mübarizədə iştirak etməsi, milli münaqişələri gündəmə gətirməsi göstərilir. Tələbələrdən Aydın Xocalıya da diplomun verilməsindən imtina edilib. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar