SON XƏBƏRLƏR

Təbriz Universitetinin 37 nəfər milli fəalı universitetin təhlükəsizlik komitəsinə çağırılıb

2021.10.20, 07:36
Təbriz Universitetinin 37 nəfər milli fəalı universitetin təhlükəsizlik komitəsinə çağırılıb

Gunaz.tv
Təbriz Universitetinin 37 nəfər milli fəalı universitetin təhlükəsizlik komitəsinə çağırılıb DAK informasiya mərkəzinə Güneydən daxil olan məlumata əsasən son aylarda Təbriz Universitetində universitetin təhlükəsizlik və inzibati məmurları tərəfindən tələbə yataqxanalarına və universitet daxilində milli fəal tələbələrə qarşı təzyiqlərin və həbslərin artmasına etiraz olaraq ardıcıl aksiyalar keçirmiş və hüquqları pozulmuş tələbələrin hüquqlarının bərpası üçün universitet tələbələri tələblər və müraciətlər etmişlər. Lakin universitetin və Təbriz şəhərinin təhlükəsizlik məmurları tələbələrə qarşı təzyiqləri daha gücləndirərək 37 nəfər tələbəni təhlükəsizlik komitəsinə çağıraraq universitet daxilində istintaq aparırlar. Şovinist hakimiyyətin məmurlarının tələbələrə qarşı bu haqsızlıqları Güney Azərbaycanın bütün universitet tələbələrinin qəzəbinə səbəb olmuşdur. Təbriz universitetinin Təhlükəsizlik komiəsilə yanaşı polis və xüsusi təyinatlılar da universitetin ətrafını ciddi nəzarətə götürüblər. Güney Azərbaycan tələbələri bəyan ediblər ki, komitəyə çağırılan tələbələrə təzyiqlər olduğu halda kütləvi etiraz aksiyalarına başlayacaqlar. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar