Təbriz Universitetinin alimi hökumətin Urmu layihəsini sərt tənqid etdi

2021-05-08 11:35

Təbriz Universitetinin Planlaşdırma və Ətraf Mühit Elmləri İnstitunun rəhbəri Behruz Sari hökumətin Urmu gölü ilə bağlı siyasətindən danışıb. O, problemin həlli ilə bağlı hökumətin yarıtmaz siyasətini sərt tənqid edib.

Gunaz.tv Quote | Gunaz article

Behruz Sari bildirib ki, gölün qurumasının qarşısını almaq mümkündür. O, hesab edir ki, bunun üçün gölün çevrəsindəki imkanlardan istifadə etmək daha məqbuldur.

Alim hökumətin Araz çayından Urmu gölünə kanal çəkmək ideyasını yersiz və nəticəsiz adlandırıb, bunun Urmu gölündən başqa Araz çayına və çay ətrafı bölgələrə də ciddi ziyan vuracağını deyib.

Sari bu layihənin yalnız təbliğat xarakteri daşıdığını bildirib. Arazın suyunun şirin olduğunu və bölgə əhalisi, xüsusilə əkinçilik və balıqçılıqla məşğul olan insanlar üçün həyati əhəmiyyət daşıdığını vurğulayan Sari bir yeri abadlaşdırmaq üçün başqa geniş bir bölgəni məhv etməyin başadüşülən olmadığını bildirib.

Ekologiya üzrə mütəxəssis məsələ ilə bağlı hökumətin gördüyü tədbirlərin yetərsiz olduğunu deyib. O , bildirib ki, yerli ətraf mühit təşkilatları, su hövzələrinin idarəetmə qurumları və başqa əlaqədar orqanlar təklikdə problemin həllində hansısa ciddi addım atmaq iqtidarında deyillər.

Bəhruz Sarı bildirib ki, hazırda Urmu gölünün su həcmi 3 milyard 640 milyon kubmetrdir. 

Bu isə uzun müddətli ortalama (15 milyard kubmetr) ilə müqayisədə böhranlı durumdadır. Ötən il gölün suyundan 1 milyard 400 milyon kubmetr daha itirilib. Halbuki, müxtəlif elmi və texniki yollarla bunun qarşısını almaq mümkün idi.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanda "ağ ölüm" tüğyan edir: Ötən il narkotikdən ölənlərin sayı açıqlanıb

2021-06-24

gun az article

Tehranda Bağır xanın adı metro stansiyası üzərindən götürüldü

2021-06-24

gun az article

Urmu gölündə suyun səviyyəsi 57 santimetr azalıb

2021-06-24

gun az article

Ərdəbilin Yamçı su anbarının 70 faizi boşdur

2021-06-24

gun az article

Təbrizdə bir neçə yerdə yanğın baş verib-VİDEO

2021-06-24

gun az article

Marağada bəxbəxt hadisə: Hündürlükdən yıxılan işçi xəstəxanada öldü

2021-06-24

gun az article

Sulduzda avtobus qəzasında yaralanan jurnalist: “Açıq desinlər ki, sizi öldürmək planımız var idi"- VİDEO

2021-06-24

gun az article

Həsən Dəmirçinin anım günüdür: Böyük maarifçi ziyalının ölümündən 3 il ötür

2021-06-24

gun az article

Sulduzda dəhşətli qəza: Jurnalistləri daşıyan avtobus dərəyə aşıb, ölən və yaralanan var-FOTO

2021-06-24

gun az article

Əsəri Avropada qızıl medal alan, çayda boğulan təbrizli yazıçı- Anım günüdür-VİDEO

2021-06-24

gun az article

GünazTV June.23.2021-Görüş: İranda prezident seçkilərinin nəticəsi, Batı Azərbaycanda birliyimizin hərakatımıza təsiri

2021-06-24

gun az article

"Amnesty International"dan xəbərdarlıq: İranda 20 yaşlı gənc yaxın günlərdə edam ediləcək

2021-06-23

gun az article

Həmədanda COVİD-19-a yoluxma sayı yenidən artıb

2021-06-23

gun az article

Zəngan bəndlərində suyun həcmi kəskin azaldı

2021-06-23

gun az article

Səreyinin tarixi Kanzaq kompleksi baxımsız qalıb: Abidənin bərpasına pul ayrılmır

2021-06-23

gun az article

Xomeyninin nəticəsi türkləri işğalçı və talançı adlandırdı

2021-06-23

gun az article

İranın Atom Enerjisi Təşkilatının binasına hücum olub

2021-06-23

gun az article

Zənganın Əbhər şəhərində azərbaycanlı gənc həbs edilib

2021-06-23

gun az article

Kürdlər Urmuda siyasi aksiya keçirməyə çağırış edib

2021-06-23

gun az article

İranın “Bərəkət” dərman kompleksinə dron hücumu olub-FOTO

2021-06-23