SON XƏBƏRLƏR

Təbriz Universitetinin iki milli fəalı inzibati hökmlərlə məhkum ediliblər

2021.10.20, 07:36
Təbriz Universitetinin iki milli fəalı inzibati hökmlərlə məhkum ediliblər

Gunaz.tv
Təbriz Universitetinin iki milli fəalı inzibati hökmlərlə məhkum ediliblər hebs-3.jpg DAK informasiya mərkəzinə Oyrənci hərəkatından daxil olan məlumata əsasən Təbriz Universitetinin çoxlu sayda tələbələri hələ də Universitetin təhlükəsizlik komitəsi tərəfindən təzyiqlərə məruz qalmaqdadır. Universitet tələbələri Səccad Radmehr, Təhlükəsizlik Komitəsinin göstərişi ilə diplom işinin müdafiəsi üçün şərait yaradılmaması və onlara qarşı ittihamlar irəli sürməklə tələbələri il yarım müddətinə təhsillərinin davam etməməsi üçün hökm çıxarıblar. Təhlükəsizlik komitəsi Nadir Məhdqarabağı da iki il müddətinə təhsildən məhrum cəzasına məhkum ediblər. Onları universitet daxilində aksiyalar keçirmək hakimiyyətə qarşı təbliğ etmək, milli münaqişələri gündəmə gətirmək ittihamı verilib. Tələbələrdən biri də Aydın Xocalı adı ilə tanınan milli hərəkat fəalı da həmin siyahıya daxildir. Universitet tələbələri olan bütün milli hərəkat fəallarına təzyiqlər və təhsildən məhrum edilmə təhlükəsi günü-gündən artmaqdadır. www.dak.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar