SON XƏBƏRLƏR

Təbriz universitetinin öyrənciləri son həbsləri məhkum edərək, məhbusların azadlığını tələb etdilər

2021.10.20, 07:36
Təbriz universitetinin öyrənciləri son həbsləri məhkum edərək, məhbusların azadlığını tələb etdilər

Gunaz.tv

GünAzTv: Təbriz universiteti və tibb elmlərinin islami qurumu Güney Azərbaycanda son həbslər dalğası və insan haqları barədə bəyanat yayıb.

 

Bəyanat qısaca qeyd olunur: tənqidçilər və müxaliflərin azad edilməsi o sistemin işləməsi və gücdə olması deməkdir. Azadlığın səviyyəsi sankı sistemin dəvamının göstərgəsidir. Azadlığın olmaması isə sistemin çürüməsinə işarədir. İran sistemidə digər sistemlərdən istisna deyil.

 

Əhmədinejad hökuməti 6-ci ilə daxil olduğu halda hələdə keçmişdəkilər kimi ədalətsizlik və zorakılıq halları dəvam etməkdədir.

 

Azərbaycan türkləri ayrı-seçkilik və asimilasyon siyasətinə məruz qalır və vətəndaş hüquqları riayət olunmur. Onlar qanunsuz şəkildə təqib olunur və zindanlarda həbs olunurlar.

 

May ayından bəri Azərbaycanın müxtəlif şəhərlərini həbs dalğası bürüyüb. 50 nəfərdən çox soydaşımız tutuqlanıb, onlardan 20-dən çoxu hələdə təknəfərlik kameralarda saxlanılır.

 

Təbriz universiteti və tibb elmlərinin islami qurumu olaraq İranda acınacaqlı insan haqlarından nigaran olduğumuz halda, Azərbaycandakı son həbsləri pisləyib və həbsdə saxlanılan milli-mədəni fəallar və öyrəncilərin qeyd-şərtsiz azadlıqlarını tələb edirik.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar