Təbrizdə "korona" qurbanlarını sayı gizlədilir: Xəstəxanalarında çarpayı çatışmır

2021-08-03 10:37

Şərqi Azərbaycanda koronovirusla bağlı epidemioloji durum gərgin olaraq qalır.

Gunaz.tv Quote | Gunaz article

Koronavirusun yeni dalğasının başlanması ilə bağlı edilən xəbərdarlıqlara baxmayaraq, xəstələrin qəbulu və müalicəsi ilə bağlı addımbaşı nöqsanlar üzə çıxır. Bir neçə aydır Şərqi Azərbaycanda koronavirusa yoluxanların və ölüm hallarının statistikası gizlədilir.

Son günlər sosial mediada yayınlanan görüntülərdən aydın olur ki, Təbriz xəstəxanaları doludur, müalicə ocaqlarında çarpayı çatışmır.

Xəstələr dəhlizdə, oturacaqlar üzərində "sistem qəbul edir".

Sosial media istifadəçilərindən birinin yayınladığı videodan görünür ki, Təbrizin “Məhəllati” xəstəxanasında xəstələri yerləşdirmək üçün çarpayı tapılmır.

Qeyd edək ki, bir neçə aydır Şərqi Azərbaycan əyalətində COVİD-19-a yoluxanların və virusdan ölənlərin sayı barədə dəqiq məlumat verilmir.

Ancaq səhiyyə sistemində çalışanlardan bəzilərinin bildirdiyinə görə,  əyalət səviyyəsində yoluxma və ölüm halları kəskin artıb. 

Məsələ ilə bağlı bir neçə gün öncə açıqlama verən İran Səhiyyə nazirinin müavini Qasım Canbabayinin fikirləri reallğı əks etdirmir.  Qeyd edək ki, o, bütün yoluxanların çarpayı ilə təmin edilldiyini idda etmişdi.

Ancaq reallıq nazir müavininin iddiasının əksini göstərir. Sosial mediada yayılan görüntülərdən aydın olur ki, ölkənin əksər şəhərlərində xəstələrin yerləşdirilməsi ilə bağlı problem yaşanır.

Xəstəxanlarda boş yer və çarpayı tapılmır.

C.E   
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16

gun az article

Qəzvin şəhərinin meri vəzifəsinə SEPAH komandiri gətirildi

2021-09-16

gun az article

Qərbi Azərbaycan əyalətində təhsil işçiləri çatışmır

2021-09-16