SON XƏBƏRLƏR

Təbrizdə 1-ci “Şeir və aşıq musiqisi folkloru” tədbiri keçirilib

2021.10.20, 07:36
Təbrizdə 1-ci “Şeir və aşıq musiqisi folkloru” tədbiri keçirilib

Gunaz.tv

GünAz TV: “Şeir və aşıq musiqisi folkloru” həftəlik iclasının 1-ci tədbiri Təbrizin Əlqədir Mədəniyyət Evində keçirilib.

 

“Bayatı” adı ilə keçirilən tədbirə aşıq musiqisi və şeiri ilə maraqlanan və bu sahə üzrə ustad olan 50 soydaşımız qatılıb.

 

Bu barədə mətbuata məlumat verən tədbirin aparıcısı Məhəmməd İbadi bildirib ki, “tədbirdə “Geraylı” şeiri ətrafında söhbət aparılıb. Aşıq Çingiz Biriya adında “Geraylı” sözü olan 8 aşıq mahnısına işarə edərək, onların hər birini qısaca ifa edib. Ondan sonra şair İsrafil Qurbanpur bir “Geraylı” şeirini dikləmə ilə oxuyub və həmin şeir barəsində geniş söhbət edib”- deyə o bildirib.

 

Məhəmməd İbadinin sözlərinə görə, tədbirin sonunda gənc aşıq Şəhbaz Süleymani çox az ifa olunan “Məhrəmi” mahnısını ifa edib, o tədbir iştirakçılarının alqışını qazanıb.

 

Şərqi Azərbaycan İncəsənət Mərkəzinin təşəbbüsü ilə baş tutan iclasların keçirilməsində Əlqədir Mədəniyyət Evi və Aşıqlar İncəsənət və Mədəniyyət Qurumu da əməkdaşlıq edir.

 

Məhəmməd İbadi bildirib ki, “Bayatı” şeir və aşıq musiqisi folkloru iclasları hər həftə şənbə günləri Təbriz vaxtı ilə saat 18:00-da Əlqədir Mədəniyyət Evində keçiriləcək. O iclasların aşıq musiqisi və şeirinin araşdırılması və tənqid olunması məqsədi ilə keçirildiyini bildirib.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar