SON XƏBƏRLƏR

Təbrizdə 5 milli-mədəni fəal azadlığa buraxılıb

2021.10.20, 07:36
Təbrizdə 5 milli-mədəni fəal azadlığa buraxılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın milli-mədəni fəallarından olan Nəvid Meşkat, Mədinə Qasimi, Aydın Təğipur, Məhəmməd Məhəmmədlu və Cavad Rəməzan dünən oktyabr ayının 27-də azadlığa buraxılıblar. Onlar 5 gün öncə Mərhum Şəhid Qulamrza Əmaninin anım mərasimində iştirak edərkən ETTELAAT məmurları tərəfindən tutuqlanıb, ETTELAAT-a aparılmışdılar. Güney Azərbaycanın siyasi mərkəzi olan Təbriz şəhərində tutuqlanmış milli-mədəni fəallarımız, məhkəmə tərəfindən günahsız tanınıblar. Xatırladaq ki son illərdə Güney Azərbaycanda oxşar tutuqlamalar adi bir hala çevrilib. İran Təhlükəsizlik Qüvvələri illərdir ki Azərbaycanlı Dinc Milli-mədəni Fəalları qanunsuz olaraq tutuqlayıb həbsə salır, sorğu-suala çəkir və hər cür ruhi-fiziki təzyiqlərə məruz qoyur. Bu vasitə ilə Azərbaycanın milli hüququ uğrunda mübarizə aparan qüvvələri bu yoldan çəkindirməyə çalışır. Ancaq reallıqda buna nail ola bilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar