SON XƏBƏRLƏR

Təbrizdə azərbaycanlı qız İran bayrağını yandırdı / VİDEO

2021.10.20, 07:36
Təbrizdə azərbaycanlı qız İran bayrağını yandırdı / VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Milli Hərəkatının vahid mübarizə bayrağına dəstək verən azərbaycanlı xanım fəallardan biri İran bayrağını yandırıb.

 

Təbriz sakini olan fəal bu səhnənin videosunu GünAz TV-yə göndərərək adının açıqlanmamasını xahiş edib.

 

“Mən Azərbaycan Milli Hərəkatının qız fəallarından biriyəm. Lütfən bu videonu yayın, amma mənim adımı açıqlanmasın. Mümkünsə, videonu “türk qızı Təbrizdən” adı ilə yayımlayın”- deyə o bildirib.


Xanım fəal İran bayrağı yanarkən əlini alova tərəf tutaraq Bozqurd işarəsi nümayiş etdiorib.

 

Ötən günlərdə Güney Azərbaycan Milli Hərəkatının vahid mübarizə bayrağının seçilməsi Azərbaycan türk millətinin əksəriyyəti tərəfindən böyük sevinclə qarşılanıb.

 

Xanım fəalın göndərdiyi video iyunun 24-də çəkilib:

https://www.youtube.com/watch?time_continue=16&v=BJ-BJ4t57ok

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar