SON XƏBƏRLƏR

Təbrizdə “Barış” qrupunun konsert keçirməsinə icazə verilməyib – GÖRÜNTÜ

2021.10.20, 07:36
Təbrizdə “Barış” qrupunun konsert keçirməsinə icazə verilməyib – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: İran hökuməti naməlum səbəbdən “Barış” musiqi qrupunun konsert keçirməsinə icazə verməkdən imtina edib.

 

Bu barədə tanınmış azərbaycanlı müğənni Məsud Barış İnstaqram səhifəsində bir mətn paylaşıb.

 

“Təəssüflər olsun ki, yenə də məlum olmayan səbəblərə görə mənim konsert keçirməyimə icazə verilmədi. Məlum insanlar, hətta musiqidən anlamayanlar paytaxtdan Təbrizə üz tutur, onlar icazəli şəkildə 40 gün əvvəldən reklama da başlayır. Onlar biletdən əldə etdikləri gəlirlə kimliyi məlum olmayan mənasız müsuqilər istehsal edir və bu şəkildə əhalinin musiqi zövqünü korlayırlar. Maraqlıdır ki, həmin qruplar müxtəlif rəsmi orqanlar tərəfindən dəstəklənir.

 

Səlahiyyətli orqanlar verdikləri boş şüarlara rəğmən düzgün musiqiçilərə nəinki heç bir yardım etmir, hətta konsertlərə vaxtı-vaxtında icazə verməyərək onların sıradan çıxmasına şərait yaradırlar. Vəziyyət belə davam edərsə, yaxın gələcəkdə kimliksiz və qeyri-peşəkar musiqi ilə böyüyən uşaqların necə şəxsiyyətə malik olacağını  görəcəyik. Bu məsələ məsulların da əziz uşaqlarına aiddir”- deyə o paylaşdığı mətnin bir hissəsində qeyd edib.

 

Ehtimal olunur ki, İrşad və Mədəniyyət İdarəsi təhlükəsizlik qüvvələrinin təzyiqi altında “Barış” qrupunun konsert keçirməsinə icazə verməyib. Həmin idarə Təbriz və Azərbaycanın digər şəhərlərində fars musiqi qruplarının konsert keçirməsi üçün şərait yaradır.

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar