Təbrizdə basketbol salonuna buraxmamaq üçün iki qadın jurnalistin qapısı bağlı otaqda saxlanılması haqda GÜLÜNC İZAH

08.02.2018, 09:40

GünAz TV: Fevralın 6-da kişi müxbirlərlə birlikdə Hədiyyə Xətibi və Səidə Fəthi adlı iki qadın jurnalist Təbrizin “Şəhrdari” və Tehranın “Mehram” basketbol komandalarının oyununu işıqlandırmaq məqsədi ilə Təbrizə gəliblər.

 

Məlumata görə, jurnalistlər super liqa yarışlarının final oyunu başlamadan öncə təvana salonuna gəliblər. Lakin Basketbol Federasiyasının məsulları insan haqlarını pozaraq qadın jurnalistləri salona buraxmayıb, onları salonun təhlükəsizlik bölümünün otağında bağlı qapı arxasında saxlayıblar.

 

Bu məsələ sosial şəbəkələrdə bir çox etirazlara səbəb olduğu üçün bir gün sonra Basketbol Federasiyası baş verən hadisə ilə bağlı bəyanat yayıb. Bəyanatda qadın juranistlərin otaqda həbs edilməsi gülünc şəkildə izah olunub.

 

“Əslində hörmətli xanım jurnalistlərin salona daxil olmaq icazəsi olmayıb. Ötən oyunda da belə olmuşdur. Lakin bu oyunda Basketbol Federasiyasının rəisi Dr.Təbatəbayi də salonda olduğuna görə, həmçinin qadın jurnalistlərə hörmət olaraq onlar üçün bir otaq ayrılmışdır. Jurnalistlərin manitordan oyunu izləyəcəyi nəzərdə tutulmuşdur. Təəssüflə xanımların olduğu otağın qıfılı xarab olub və sonra açılmayıb. Lakin heç kim otağı qəsdən qıfıllamayıb. Hərhalda görüşə “Şəhrdari” klubu ev sahibliyi edib, bu işlərlə bağlı ev sahibi olan klub və əyalətin Gənclər və İdam İdarəsi məsuliyyət daşıyır”- deyə federasiyanın bəyanatında qeyd olunub.

 

https://www.youtube.com/watch?time_continue=3&v=SQ-mUEvwibY

 

 

Məlumata görə, oyundan əvvəl qadın jurnalistlərin olduğu otağın qapısı məsullar tərəfindən bağlanılıb. Onlar kimsənin otağa daxil olmaması üçün qapını bağladıqlarını bildiriblər.

 

Basketbol Federasiyası o halda belə bir gülünc iddia ilə çıxış edib ki, qadın jurnalistlər baş verən hadisə ilə bağlı film yayaraq necə saxlandıqlarını ifşa ediblər.

 

İran stadionlarında qadınlarla bağlı vaxtaşırı gülünc hadisələr baş verir. Bir sözlə, kişi yarışlarında qadınların stadiona daxil olması qadağandır.

 

2017-ci ilin noyabr ayında İranın Qorqan şəhərində 10 komandanın iştirakı ilə keçirilən 5-ci Asiya Qadınlar Kabaddi Çempionatında olduqca qəribə hadisə baş vermişdir. Qadın idmançıların yarışdığı turnirlərə kişilərin girişi qadağan olunduğundan taylandlı məşqçi hicab geyinərək salona "xanım" cildində daxil olmuşdur.

 

 

Məşqçinin bu hərəkəti aşkar edildikdən sonra, o, salondan uzaqlaşdırılıb. Məlum olub ki, kişi baş məşqçi salona daxil olmaq üçün iki dəfə eyni üsuldan istifadə edib.

 

Baş verən hadisəyə reaksiyalar artdıqdan sonra İran Kabaddi Federasiyası xalqdan üzr istəyərək bildirmişdir ki, kimsə taylandlı məşqçini bu işə məcbur etməyib, onun özü salona daxil olmaq üçün belə bir hərəkətə yol verib.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Azərbaycanda daha 1 614 nəfər koronavirusa yoluxub, 16 nəfər ölüb

2022-01-22

gun az article

Ceyhun Bayramov Malayziya XİN başçısının müavini ilə görüşüb

2022-01-22

gun az article

İranda koronavirusdan daha 30 nəfər vəfat edib, 3 503 nəfər virusa yoluxub m- RƏSMİ STATİSTİKA

2022-01-22

gun az article

Putinlə Paşinyan Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsini müzakirə edib

2022-01-22

gun az article

İranın Kirman əyalətində qum fırtınası həyatı iflic etdi: 40-dan çox kəndin yolları bağlanıb - FOTO

2022-01-22

gun az article

Xuzistan əyalətində yoluxucu xəstəliyin Omikron ştammına yoluxanların sayı ikiqat artıb

2022-01-22

gun az article

Məşhur azərbaycanlı generalın doğum günüdür

2022-01-22

gun az article

SOCAR: “Ermənistanda bitum sexinə ehtiyacımız yoxdur”

2022-01-22

gun az article

Azərbaycanda yeni hərbi obyektlər istifadəyə verilib

2022-01-22

gun az article

Ağ Ev: Putin və Bayden arasında görüş keçirilə bilər

2022-01-22

gun az article

Hulusi Akar: “Ukrayna-Rusiya probleminin sülh və danışıqlar yolu ilə həll edilməsinin tərəfdarıyıq”

2022-01-22

gun az article

NATO yanvarın 24-dən fevralın 4-dək Aralıq dənizində təlimlər keçirəcək

2022-01-22

gun az article

Ərdoğan Ukraynadan sonra Rusiyaya səfər edə bilər

2022-01-22

gun az article

“Çox qan töküləcək, milyonlarla qaçqın olacaq” - Ukraynalı nazir

2022-01-22

gun az article

Azərbaycan dilinin Orfoqrafiya Lüğəti yenidən nəşr olunacaq

2022-01-22

gun az article

ABŞ-dan Ukraynaya birinci əlavə hərbi yardım göndərilib

2022-01-22

gun az article

“Yolumuzqarabaga.az” saytı fəaliyyətə başlayıb

2022-01-21

gun az article

Azərbaycanla Serbiya arasında viza rejimi ləğv olunur

2022-01-21

gun az article

Ermənistan Türkiyənin iki şərtini yerinə yetirib - Erməni politoloq

2022-01-21

gun az article

İranda koronavirusdan daha 20 nəfər ölüb, 5 276 nəfər virusa yoluxub – RƏSMİ STATİSTİKA

2022-01-21