SON XƏBƏRLƏR

Təbrizdə bir azərbaycanlı dilçi Sağlamlıq Mərkəzinə məktub yazdı – Səbəb?

2021.10.20, 07:36
Təbrizdə bir azərbaycanlı dilçi Sağlamlıq Mərkəzinə məktub yazdı – Səbəb?

Gunaz.tv

GünAz TV: Təbrizdə bir azərbaycanlı dilçi Sağlamlıq Mərkəzlərindən birinə məktub yazaraq mərkəzdə türkdilli həkimlərin çalışdırılmasını təklif edib.

 

Bu, dilçi alim Həsən.B çərşənbə günü xəstə kimi Sağlamlıq Mərkəzinə müraciət etdikdən sonra baş verib. O Sağlamlıq Mərkəzində farsdilli həkimləri görüncə, tibbi mərkəzlərdə xəstə ilə ana dilində danışan həkimlərin işləməsinin vacib olduğunu xatırlatmaq istəyib.

 

Dilçilik üzrə yüksək lisansı olan Həsən.B öz milli kimliyinə sadiq olmaqla yanaşı həkimlə xəstənin bir-birini düzgün başa düşməsi üçün dilin xüsusi əhəmiyyət kəsb etdiyini düşünür.

 

Onun düşüncəsinə görə, xəstənin həkimə fikirlərini düzgün çatdırması müalicə prosesində əhəmiyyətli rol oynayır. O mövzu ilə bağlı dilçilik sahəsində olan son tədqiqatlara işarə edərək söhbət zamanı məfhumların intiqal tapmasını kələmələrin intiqalından daha önəmli olduğunu qeyd edib. Məktubda vurğulanıb ki, insanlar məqsədini kələmələrdən daha çox söhbətin rəvan, bəlağətli və axarında getməsi ilə çatdırır.

 

GünAz TV mətbuat mərkəzinə göndərilən məktubda həmçinin qeyd olunub ki, “bu tələb xəstələrin ehtiyaclarını təmin etmək məqsədi ilə irəli sürülüb, məktub Sağlamlıq Mərkəzinə müraciət edən xəstələr tərəfindən də imzalanacaq.”

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar